Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu eşqin əlindən hayana qaçım
Ürək süfrə deyil hər kəsə açım
Dağa da söyləsəm yandırar acım
Sənsiz keçən ömür, ömür deyil ki…
Saçlara dən düşdü, həsrət bitmədi
Acım nəğmə oldu sənə yetmədi
Əksin gözlərimdə dondu getmədi
Sənsiz keçən həyat mənim deyil ki…
Bu eşqin nağılı qəlblər göynətdi
Özləmin üsyanı qəlbi əritdi
Tanrı da unutdu, duam yetmədi
Sənsiz keçən illər mənim deyil ki…
Son mənzil yaxındı,səbrim qalmadı
Bizim buluşmamız Arafa qaldı
Son nəfəs deyilən vuslatın adı
Sənsiz ölüm belə mənim deyil ki…
Qənirə PAŞAYEVA,
Millət vəkili
Etikxeber.az