Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Lerik rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İmaməli Elman oğlu İbrahimovun bu gün doğum günüdür.
Bu gün İmaməli İbrahimovun 29 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki dördüncü doğum günüdür.
Cənnətdəki doğum günü ilə bağlı bu gün Şəhidin Hovil kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.
Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov tərəfindən Şəhidin Cənnətdəki dördüncü doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məzarını ziyarətdən sonra Hovil kəndində Şəhidin adını daşıyan xeyir-şər mərasim evində Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar olunub.
Eyni zamanda, “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov tərəfindən Şəhidin ailəsinə-anası Zeynəb xanıma “Xarıbülbül” simvolu təqdim olunub.
Simvol tanınmış iş adamı Mübariz Mənsimovun və “Odlar yurdu” qrupunun adından Şəhidin ailəsinə təqdim edilib.
Sonda məclisdəki Şəhid ailələrinin iştirakı ilə Şəhidin Cənnətdəki dördüncü doğum günü üçün hazırlanmış tort kəsilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı təşkil edilən məclisdə ailə üzvləri, yaxınları, kənd sakinləri, İcra başçısı başda olmaqla, Lerik rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, yerli ziyalılar, Lerik və Yardımldıdan olan Şəhid ailələri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, İmaməli İbrahimov 1995-ci ilin yanvar ayının 17-də Lerikin Hovil kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri və evli olub.
İki il ailəli-evli olsa da, övladı dünyaya gəlməyib.
Orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra müxtəlif sahələrdə çalışıb, Rusiyada fəaliyyət göstərib.
2020-ci ilin əvvəllərində isə həyatını yenidən hərb, Ordu ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb.
İkinci Vətən Müharibəsi zamanı isə ilk gündən döyüşlərə atılıb və şərəfli döyüş yolu 42 gün çəkib.
Noyabr ayının 8-də Qubadlı istiqamətində Şəhidlik məqamına ucalıb və nəşi Hovil kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
O, həm də Hovilin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Şəhidliyindən sonra bir orden və dörd medalla təltif olunub.
Məkanı cənnətlik, cənnətdəki dördüncü doğum günü, 29 yaşı mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:














***









***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





