Sərbəst güləşçilərimiz 7-ci açıq turnirdə iştirak edəcək

Oktyabrın 22-dən 23-dək Dağıstan Respublikasında Pekin Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçiriləcək.

Etikxeber.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turnirdə sərbəst güləş üzrə yığma komandanın üzvləri iştirak edəcək. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında turnirə 12 idmançımız yollanıb.

Heyətdə Mahir Əmiraslanov, Pərviz İbrahimov, Arif Hüseynov (hamısı 57 kq), Orxan Nəsirov, Mahal Novruzov, Qüdrət Ağayev, Elçin Vəliyev, Əmrah İlyaslı (hamısı 65 kq), Cəbrayıl Həsənov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq), Roman Bəkirov (97 kq) və Umar İsrailov (125 kq) yer alıb.

Proqrama əsasən 57, 74 və 125 kq çəkidə idmançılar oktyabrın 22-də, 65, 86 və 97 kq çəkidə pəhləvanlar isə oktyabrın 23-də xalça üzərinə çıxacaq.

Etikxeber.az

 

Read Previous

“Qarabağ” ilk qələbəsini qazandı: 2-0 – FOTOLAR

Read Next

Bolqarıstan–Belarus qarşılaşmasının FIFA komissarı azərbaycanlı olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir