Şərifin Azərbaycana rəsmi səfəri başladı – YENİLƏNİB

Bu gün Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayır.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.

N. Şərifi yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Səfərdə məqsəd ikitərəfli münasibətləri dərinləşdirməkdir. N. Şərif Azərbaycan prezidenti ilham Əliyev, baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşəcək.

***

Qeyd edək ki, artıq Məhəmməd Nəvaz Şərifin rəsmi səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Etikxeber.az

Read Previous

Nazir: “20-dək aqropark, Pirallahıda dərman zavodunun yaradılması nəzərdə tutulur”

Read Next

Prezident Bakıda oksigen zavodunun açılışında iştirak etdi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir