Sərkisyan erməni ictimaiyyətini yeni müharibəyə hazırlayır – POLITOLOQ

“Ermənistan prezidenti Serj Sərkisyan bu gün Ermənistan ordusunun yaranmasının 25 illiyə ilə bağlı uzun və mənasız nitq söyləyib. Ancaq bu nitqdə iki cümlə diqqətimi çəkdi. Sərkisyan birinci cümləsində deyib ki, “yeni müharibə Qarabağ probleminin həllin kömək etməyəcək, əksinə vəziyyəti daha da çıxılmaz duruma sürükləyəcək”. Sərkisyanın ikinci cümləsi isə belədir: “Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik zolağı bizim üçün vacibdir. Biz növbəti və uzun müharibəni yenə də mətbəximizin içində aparmaq istəmirik”. Birinci cümlə əslində onun etirafıdır ki, müharibə riski yüksəkdir və Sərkisyan erməni ictimaiyyətini yeni müharibəyə hazırlayır”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, yəni, bu subyekt Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasıyla yarana biləcək sülhün yerinə, ac-yalavac xalqını ölümün pəncəsinə atacağının anonsunu verir.

“İkinci cümlənin açması isə odur ki, adını “təhlükəsizlik zolağı” qoyduğu Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı hələ uzun müddət işğal altında saxlamaq istəyir ki, bunun əvəzinə Azərbaycandan Dağlıq Qarabağın statusunu qopara bilsin. Ancaq bunun mümkün olmadığını özü də anlayır. Ona görə də bizim Sərkisyanın “mətbəxinin” (oxu: Xankəndinin) ətrafını boşaltmaqdan başqa alternativimiz qalmayıb”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Yıldırım: “Meydən FETÖ ilə bağlı lazımi tədbirlər görülməsi tələb edildi” – FOTO

Read Next

“Konotori-6” pilotsuz yük gəmisi kosmik təmizləyici funksiyasını yerinə yetirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir