Şərqşünaslıq İnstitutunun ərəbşünaslıqla bağlı tədqiqatları yüksək qiymətləndirildi – FOTOLAR

Səudiyyə Ərəbistanının Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İnstitutdan Etikxeber.az-a bildirilib ki, mərkəzin baş katibi Abdullah əl-Vəşminin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə elmi müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva qonaqlara Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib.

O, rəhbərlik etdiyi institutda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib. Direktor müəssisələr arasında əlaqələrinin genişləndirilməsinin hər iki tərəfə fayda verəcəyini bildirib.

Sonra Abdullah əl-Vəşmi təmsil etdiyi mərkəzin fəaliyyəti barədə məlumat verib. O, Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirib.

Daha sonra Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin nümayəndələri Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşüblər. Görüşdə dünyada 22 ölkənin rəsmi dili, həmçinin BMT-nin 6 rəsmi və işlək dillərindən biri kimi beynəlxalq status qazanmış ərəb dilinin qorunub inkişaf etdirilməsində Səudiyyə Ərəbistanının rolundan söhbət açılıb, suallar cavablandırılıb.

Etikxeber.az

Read Previous

Prezident zəlzələ bölgəsində: “Vətəndaşlar narahat olmasınlar” – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Əməkdar artist şəhid uşaqlara layihə həsr etdi: “Talandı torpağımız” – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir