“Sərxan da, İlham da o anı gözləyirdilər ki, Ali Baş Komandanımız “İrəli” əmri versin, ölkədə səfərbərlik elan olunsun və…”-SUMQAYITLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARI-ŞƏHİD SƏRXAN ƏLİYEV VƏ QAZİ İLHAM ƏLİYEVİN ANASI ESMİRA PƏRVANƏYEVA – FOTOLAR

Əslən Qərbi Azərbaycanlı Vətən sevdalısı Qəhrəmanlar ailəsi…

Əsl İgidlər, Cəsurlar, Qorxmazlar ailəsi-Əliyevlər ailəsi…

Bu ailənin həyat hekayətini həyacanlanmadan, təsirlənmədən izləmək, dinləmək mümkün deyil…

Bu ailə Vətən həstərli bir ailədir…

Şəhid Sərxan Əliyev və Qazi İlham Əliyevin ailəsi əslən Qərbi Azərbaycanlı, Dərələyəzlidirlər…

Qaçqınlıq, didərginlik, Vətənsizlik ağırı və acısını iliyinəcən yaşayıblar…

Bu gün də öz doğma yurd yerlərinə, ata-baba ocaqlarına, tarixi türk torpaqlarına dönəcəkləri günün xəyalı ilə yaşayırlar və bu günün bir reallıq olacağına inanırlar…

Odur ki, bu ailənin-Şəhid və Qazi qardaşların Vətənə, Torpağa bağlılığın kökündə, mayasında, nüvəsində də məhz bu həsrət, bu nisgil, bu yanğı, bu sevgi dayanıb…

Onları Vətənlərini canlarından çox sevməyə məhz bu hisslər, bu duyğular səbəb olub…

Başqa cür də ola bilməzdi…

Vətən ağrısını çiyinlərində daşıyan ata-ananın, Vətən həsrətli valideylərin, həm də Xocalı soyqırımının ağrı-acısını dadan ailənin övladları Vətənsevər, Vətənpərvər, Vətən sevdalı olmalı idi…

Bunun əski də düşünülməzdi və belə də oldu…

İslam Cəmil oğlu Əliyev və Esmira Əli qızı Pərvanəyevanın üç oğlan övladından ikisi-böyük oğlu İlham Əliyev və ortancıl oğlu Sərxan (Kərbəlayi Sərxan) Əliyev bir an belə tərəddüd etmədən, kimsəni düşünmədən Vətənin müdafiəsinə atıldılar…

Sumqayıtlı hər iki qardaş-1996-cı il-9 iyun təvəllüdlü, 24 yaşlı İlham və 1998-ci il-16 yanvar doğumlu, 22 yaşlı Sərxan İyul-Tovuz döyüşlərindən, əfsanəvi generalımız, Milli Qəhrəmanımız Polad Həşimov və onun döyüş yoldaşlarının Şəhədətindən sonra Sumqayıt şəhər Hərbi Komissarlığına gedərək, Vətənin müdafiəsinə atılmaq istədiklərini bildiriblər…

Və o anı gözləyiblər ki, Ali Baş Komandan İlham Əliyev “İrəli” əmri versin və ölkədə səfərbərlik elan olunsun…

Və çox keçmədən o an, o gün yetişib…

Tarixi 44 günlük İkinci Vətən Müharibəsindən 6 gün öncə, sentyabrın 21-də hər iki qardaş səfərbərliyə cəlb olunub…

Anaları Esmira xanımın dediyinə görə, hər iki oğlu arxalarına baxmadan Vətənin müdafiəsinə gediblər və İkinci Vətən Müharibəsi zamanı ayrı-ayrı istiqamətlərdə, döyüş bölgələrində döyüşüb, vuruşub, igidliklərə imza atıblar…

İlham əsasən Füzüli, Sərxan isəTərtər-Ağdərə, Füzuli-CəbrayılXocavənd-Füzuli istiqamətlərində qanlı döyüşlərdə iştirak edib, şərəfli döyüş yol keçiblər…

Sərxan həm də Azərbaycan Ordusunun Əsgəri kimi, cəmi 18 yaşında Aprel döyüşlərinin iştirakçısı olub, baş atıcı olan Vətən sevdalımız iki dəfə yaralınıb…

Hətta döyüş-əsgər yoldaşlarının dediyinə görə, Aprel döyüşləri zamanı Sərxan “Ali Baş Komandanımız “İrəli” əmri verərdi, şərəfsizləri qırardım”-deyibmiş…

Çünki qəlbində valideyinlərindəngəlmə Vətən nisgili və həm də Xocalı acısı vardı…

Hər kəsin tanıdığı, üz-gözü al qana boyanmış 4 yaşlı Xocalılı qız-Arzu anası Esmira xanımın anasının bibisi nəvəsidir…

O Arzu ki, Xocalı soyqırımında erməni vəhşətini yaşayıb, ən yaxnların itirib…

Bu isə Sərxanı daim düşmənə-ermənilərə qarşı nifrət hissində böyüdüb və onu düşmənə qarşı barışmaz edib bir Vətən sevdalısı kimi…

İlham 2020-ci ilin oktyabr ayının 4-də Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb və Şirvan şəhər Mərkəzi Xəstaxasına yerləşdirilib…

Sərxan isə qardaşının yaralanmasından 4 gün sonra-oktyabr ayının 8-də yenidən qayıdıb döyüş tapşırığı yetirdiyi Füzili istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Bu yerdə qeyd edim ki, axırıncı dəfə anası Esmira xanımla Şəhidliyindən iki gün öncə danışıb və özü başqa nömrədən zəng edibmiş…

Oktyabrın 8-də Şəhid olsa da, ancaq 11 gün Sərxandan xəbər almaq, onun nəşini əldə etmək mümkün olmayıb…

Nəşi yalnız oktyabrın 19-da neytral zonadan çıxarılıb və ailəsinə təhvil verilib…

Və oktyabr ayının 21-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra İgidliyi və Qəhrəmanlığına görə 4 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

Və ailəsi övladlarının ölkəmizin ali ordenlərindən biri ilə də təltif edilməsini istəyir və həmin gün səbrsizliklər gözləyirlər…

Çünki orden də Şəhidimizin Haqqıdır və Haqqını da almalıdır!

Qazi İlham isə iki medalla “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib…

Şəhidimiz həm də subay olub…

Bəli, bir ailə və üç övladdan, üç oğuldan ikisi İkinci Vətən Müharibəsi iştirakçısı…

Biri Şəhid, biri Qazi…

Bəli, İgid, Qəhrəman bir ailə…

Hər kəsə nümunə, örnək Qəhrəman qardaşlar, İgid, Cəsur oğlullar ailəsi…

Qürur duyur, Fəxr edirik!

Qürurumuz, Fəxrimizdirlər!

Yeri gəlmişkən qeyd edim ki, Şəhidimizin və Qazimizin anası Esmira xanımla dəfələrlə Şəhid məclislərində rastlaşsam da, salamlaşsam da, onunla söhbətləşə, dərdləşə bilməmişdim…

Cəmi günlər öncə Bakı şəhərində təşkil edilən iftar süfrələrindən birində nəhyət, Qəhrəman Ana Esmira xanımla söhbətləşə, dərdləşə bildim…

Bir daha ona, Qəhrəmanlar ailəsinə Allahdan səbr və dözüm arzuladım…

Və söz verdim ki, bir gün onlar da evlərində, Şəhid və Qazi ocağında ziyarət edəcəyəm…

Çünki insanlıq, vətəndaşlıq, jurnalistlik borcumdur!

Allah Şəhidimizin məkanını cənnətlik, ruhunu şad, huzurlu etsin, Qazimizin isə sağlamlığını əsirgəməsin!

Şəhidimizin ruhu, Qazimizin və ailəsinin isə özü qarşısında baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sıxlıq olan yollar-BAKIDA…

Read Next

Arzu Rəhimov Mürsəl İbrahimovla-ƏVƏZLƏNDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir