Səsvermə-BAŞA ÇATDI

Azərbaycanda keçirilən növbədənkənar-6-cı çağırırış parlamenr seçkiləri-səsvermə prosesi başa çatıb.

Etikxeber.az-ın xəbərinə görə, seçkilər-səsvermə prosesi səhər saat 08:00-dan başlayıb və 11 saat davam edərək, 19:00-da başa çatıb.

Saat 19.00-da seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.

Seçkilər 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edib, 1000 məntəqədə (ümumi məntəqələrin 18 faizi) veb-kameralar quraşdırılıb.

 5 329 460 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub.

Səsvermə üçün 5 387 600 bülleten çap edilib. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

 Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparıb.

Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.

Etikxeber.az

Read Previous

Seçkilərdə, səsvermədə nələr baş verir? – YENİLƏNİB – (4)

Read Next

“Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır” – AKİF TƏVƏKKÜLOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir