“Səsvermə üçün bütün şərait yaradılıb… Beynəlxalq qurumlardan da xahiş etmişik ki, azad olmuş ərazilərdə seçkiləri müşahidə etsinlər…”-MSK SƏDRİ – YENİLƏNİB – (1) – VİDEO

Seçicilərin səsverməsi üçün bütün şərait yaradılıb.

Etikxeber.az məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 08:00-dan axşam saat 19:00-a qədər səs verə bilərlər.

08:11

***

Azərbaycanda həm də beynəlxalq media qurumları fəaliyyətə başlayıb.

Bunu MSK sədri deyib.

Bildirib ki, bu seçkilərin tarixi əhəmiyyəti ilk dəfə Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərində keçirilməsi ilə əlaqədardır:

“Hazırda azad olunmuş ərazilərdə 26 məntəqə yaratmışıq, bu seçki məntəqələrində 23 minə yaxın daimi qeydiyyatda olan və qeydiyyatdan çıxma vəsiqəsi alan seçicilərimiz, eyni zamanda hərbi hissədə olan seçicilərimiz səs verəcəklər. Biz beynəlxalq qurumlardan da xahiş etmişik ki, azad olmuş ərazilərdə seçkiləri müşahidə etsinlər. Xüsusilə biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan bunu xahiş etmişik. Çox arzu edirik ki, səsvermə günü orada beynəlxalq qurumların nümayəndələri olsun”.

08:19

***

Seçki məntəqələrinin 50-60 faizindən səsvermə ilə bağlı nəticələr Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapdıqdan sonra artıq ilkin mənzərə aydınlaşacaq.

Bunu da MSK sədri deyib.

MSK sədri seçkinin ilkin nəticələrini saat 21.00-da açıqlamağı gözlədiklərini bildirib.

Etikxeber.az

Read Previous

Diplomat Elşən Abduləzimov-VƏFAT ETDİ

Read Next

Xankəndi və Şuşa şəhərlərində də-SƏSVERMƏ BAŞLAYIB – FOTOLAR YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir