Səsvermənin yeni nəticələri: ƏLİYEV LİDERDİR, ZAHİD ORUC İSƏ İKİNCİ YERƏ ÇIXDI – YENİLƏNİB

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin nəticələri açıqlanıb.

Etikxeber.az verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının(YAP) sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb:

ALIYEV_SEC

zahid bay-4

“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev səslərin 3,02 faizini; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,11%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev isə səslərin 0,74% faizini toplayıb”.

O, bildirib ki, seçkilərdə 5 332 817 seçicidən 3 962 123-ü səs verib. Sayılmış bülletenlərin sayı 3 962 096-dır.

***

MSK sədri həmçinin deyib ki, Azərbaycanda prezident seçkilərində bütün dairələrdə səsvermə nizam-intizama qanunauyğun həyata keçirilib.

M.Pənahov bildirib ki, çoxsaylı beynəlxalq və yerli müşahidəçilər seçkilərdə müşahidə aparıb və bütün müşahidəçilər seçkiləri yüksək qiymətləndirib. MSK sədri bildirib ki, seçki ilə əlaqədar məsuliyyəti olan bütün dövlət qurumları öz işlərini layiqincə yerinə yetiriblər. Onun sözlərinə görə, seçkilərdə hansısa xoşagəlməz hal müşahidə edilməyib, MSK-ya hər hansı bir qanun pozuntusu ilə bağlı hər hansı bir müraciət daxil olmayıb.

MSK sədri eyni zamanda, sosial şəbəkələrdə seçkilərlə bağlı yayılan videolara münasibətini bildirib.

Qeyd edib ki, onlar araşdırılıb və  öz təsdiqini tapmayıb. M.Pənahov bildirdiyinə görə, MSK hər bir məsələyə dərhal reaksiya verib: “Həmin video da dərhal araşdırıldı və həqiqəti əks etdirmədiyi aşkar olundu”. MSK sədrə əlavə edib ki, ümumilikdə komissiyaya sorğu xarakterli 300-ə yaxın müraciət daxil olub, şikayət xarakterli müraciət daxil olmayıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bu, bizim tariximizdir – İLHAM ƏLİYEV – YENİLƏNİB – (1)

Read Next

“Qələbənin sevincini yaşamaq gözəl…” – BAHAR MURADOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir