Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına start verilib.
Etikxeber.az xəbər verir ki, kişilər arasında həndbol yarışlarının “A” qrupu çərçivəsində Səudiyyə Ərəbistanı Əlcəzair yığması ilə qarşılaşıb.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən oyunda Səudiyyə Ərəbistanı 26:13 hesabı ilə qalib gəlib.
***
Eyni zamanda, kişilər arasında həndbol yarışının “B” qrupunun ilk matçı başlayıb.
Türkiyə milli komandası Mərakeş yığması ilə qarşılaşır.
İlk hissədə Türkiyə yığması 12:8 hesabı ilə üstün olub.
***
Gərgin idman mübarizəsi şəraitində keçən matç 27:24 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.
Hər iki komanda matçın son dəqiqələrini azlıqda keçirib. Görüşün 24-cü dəqiqəsində türkiyəli Pektaş Alp Eren, iki dəqiqə sonra isə mərakeşli İsmaili Alaoui Mehdi oyundan kənarlaşdırılıblar.
Etikxeber.az