“Şəxsiyyət vəsiqəsi ilə səfərlər Türkiyə və Azərbaycanın qardaşlıq bağlarını daha da möhkəmləndirəcək”-TÜRKİYƏ XİN

10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

“Beləliklə, iki ölkə vətəndaşları, Türkiyə və Azərbaycan arasında birbaşa səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər. Can Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında “iki dövlət, tək millət” şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək” – deyə, qeyd olunub.

Etikxeber.az

Read Previous

Daha 27 qazi müalicə üçün Türkiyəyə-GÖNDƏRİLDİ…-FOTOLAR

Read Next

Martın 30-da hava necə-OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir