Səbail YAP-çıları, Səbailli, Goranboylu və Ucarlı Şəhid ailələri-MƏLİKBALLIDA ŞƏHİD ORXAN İSMAYILOVUN MƏZARINI VƏ OCAĞINI ZİYARƏT ETDİ, ANASI HƏCƏR İSMAYILOVAYA “VƏTƏN NAMİNƏ”NİN “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bakının Səbail rayonunun Şəhid ailələri, Şəhid anaları Ucarın Məlikballı kəndindəİkinci Vətən Müharibəsi Şəhidi Orxan İsmayılovun məzarını və ailəsini növbəti dəfə ziyarət ediblər.

Səbailli Şəhid ailələri ilə birlikdə ziyarətdə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının rəhbərliyi və bir sıra üzvləri də iştirak ediblər.

Eyni zamanda, Goranboydan olan Şəhid bacıları və bir sıra Ucarlı Şəhid ailələri Orxan İsmayılovun məzarını və ailəsini ziyarətə qatılıblar.

Etikxeber.az-ın xəbərinə görə, Şəhid məzarını ziyarət bir saata yaxın çəkib.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarı başında qısa çıxışlar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Şəhidlərlə, o cümlədən Orxan İsmayılovla Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.

Sonra Şəhidin ailəsi, Məlikballıdakı ocağı ziyarət olunub.

Bir daha Şəhidin ruhuna dualar edilib, bir daha ailəsinə Böyük Yaradan səbr və dözüm arzulanıb.

Eyni zamanda, Şəhidin adına ehsan süfrəsi açılıb.

Ziyarət zamanı Şəhidin anası Həcər xanıma (Həcər Abduləli qızı İsmayılova) “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Medal və vəsiqəni Şəhid anasına jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Şəhid anası da öz növbəsində”Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlığını ifadə edib.

***

Qeyd edək ki, əslən Məlikballıdan olan Orxan İsmayılov ailəsi, valideynləri ilə birlikdə Bakı şəhərində-əvvəl Səbail, son illər isə Xətai rayonunda yaşayıb.

Evin-ailənin tək oğlu olub.

Ailəli, iki övlad, oğlan atası olub.

İkinci Vətən Müharibəsində könüllü olaraq, iştirak edib və oktyabrın 4-də Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Məlikballı kənd qəbiristanlığında dəfn olunub.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Ruhu şad, məqamı Uca olsun!

Nur içində yatsın!

13:00

***

FOTOLAR:

13:07

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

5 medal və “Azərbaycan Bayrağı” ordenli, əfsanəvi Xüsusi Təyinatlı Devran Naibovun Şəhidliyindən, Əbədiyyətə uğurlanmasından 2 il keçdi: MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB

Read Next

Erməni sifəti-Edilli məzarlığı! Bu qan da, bu cinayət də yerdə qalmayacaq-İkinci Qarabağ Savaşında olduğu kimi!-JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir