Səbailli Şəhid ailələri, Şəhid anaları bu dəfə Məlikballıda-ŞƏHİD ORXAN İSMAYILOVUN ATA OCAĞINDA BİR ARAYA GƏLDİLƏR…-FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Ucarın Məlikballı kəndində Şəhid ailələri bir araya gəliblər.

Bakının Səbail rayonunun Şəhid ailələri, Şəhid anaları əslən Ucarın Məlikballı kəndindən olan, özü isə uzun müddət Bakının Səbail rayonu-Badamdar qəsəbəsində yaşayan, Səbail rayonundan səfərbərliyə cəlb olunan, İkinci Vətən Müharibəsində iştirak edən və qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalan Orxan Zöhrab oğlu İsmayılovun adıçəkilən kənddəki ata ocağına toplaşıblar.

Etikxeber.az xəbər verir ki, Şəhid ailələri, Şəhid anaları öncə Şəhid Orxan İsmayılovun Məlikballı kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar ediblər.

Orxan İsmayılovun ailəsinə bir daha başsağlığı verib, onlara Allahdan səbr diləyiblər.

Sonra Şəhid ailələri 30 yaşında Şəhidlik zirvəsinə yüksələn Orxan İsmayılovun ata ocağına qayıdıblar.

Şəhid ailələri, Şəhid anaları ehsan süfrəsi arxasında söhbətləşib, dərdləşib, hər zaman bir-birilərinə dəstək olmağın vacibliyini dilə gətiriblər.

Eyni zamanda, tarixi Qələbə və Zəfərimizdə Orxan İsmayılov da daxil olmaqla, övladlarının, Şəhid balalarının xidmətindən, İgidliyindən, Qəhrəmanlığından danışıblar.

Bildiriblər ki, heç kimin Şəhidləri, Azərbaycan xalqına Qələbə və Zəfər sevinci yaşadan oğulları unutmağa haqqı yoxdur, hər kəs bu günlərə, dinclik və əmin-amanlığımıza, Qarabağlı Azərbaycan olduğumuza görə Şəhidlərə borcludur.

Məclis zamanı bir daha Şəhidlərin ruhlarına dualar edilib.

Qeyd edək ki, Orxan İsmayılov ailənin iki övladından biri, evin tək oğlu olub.

O, həm də ailəli, iki oğul atası olub, Ayxan və babasının adını daşıyan Zöhrab adlı oğlu Vətənə, ailəsinə əmanət qalıb.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Allah ailəsinə səbr versin!

12:30

***

FOTOLAR:

DƏRDLİ, YARALI, HƏM DƏ MƏĞRUR, QÜRURLU, DİK DURUŞLU ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN ANALAR VƏ QƏHRƏMAN ATALAR…

12:38

***

DƏRD VƏ QÜRUR ORTAQLARI…

13:18

***

1996-CI İL ŞƏHİDİ CƏSARƏT SİRAC OĞLU MƏMMƏDOVUN ANASI…ZÖHRƏ MƏMMƏMƏDOV…ZÖHRƏ ANA…

ŞƏHİD MAYOR İLKİN ƏHƏDZADƏNİN ANASI ASƏMƏN XANIM…ASƏMƏN ANA…DÜNƏN ŞƏHİDİ ORDENLƏ, 3-CÜ DƏRƏCƏLİ “RƏŞADƏT” ORDENİ İLƏ TƏLTİF OLUNUB…GÖZÜ AYDIN, ŞƏHİDİMİZİN RUHU ŞAD OLSUN!

13:55

***

ORXAN İSMAYILOVUN AİLƏ ÜZVLƏRİ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Zəfər günü ilə əlaqədar Bakının mərkəzi küçə və prospektlərində hərəkət-MƏHDUDLAŞDIRILACAQ

Read Next

Daha 2500 yeni yoluxma-DAHA 33 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir