“Səfər Mehdiyev mənə telefon açaraq təəssüf hissi ilə bildirdi ki, müsahibədə onun fikri tam ifadə olunmayıb…O, deputatları deyil, bəzi məmurları nəzərdə tutub”-SPİKER

Milli Məclis bütün dövlət qurumlarına hörmətlə yanaşır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.

O, bildirib ki, Dövlət Gömrük Komitəsi də bu sıradadır:

“Ola bilsin ki, Səfər Mehdiyevin son müsahibəsində bəzi anlaşmazlıqlar var. Səfər müəllim bu məsələyə aydınlıq gətirməlidir. Hörmətli sədr, xahiş edirəm aydınlıq gətirilməzsə, bu məsələ ilə bağlı təşəbbüslə çıxış edəsiniz. Deputatlar anlayışı çox böyük anlayışdır”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu günlərdə bir neçə saytda Gömrük Komitəsi sədrinin müsahibəsi verilib.

“Dünən Səfər Mehdiyev mənə telefon açaraq təəssüf hissi ilə bildirdi ki, müsahibədə onun fikri tam ifadə olunmayıb. O, deputatları deyil, bəzi məmurları nəzərdə tutub”-deyə, o, bildirib.

Etikxeber.az

Read Previous

“Xüsusi nümayəndə təyin edəcəyik, Ermənistanda səfirlik açmırıq”-ÇAVUŞOĞLU

Read Next

Əli Məsimli Şəhid ailələrinə evlər tikilməsi məsələsinə-TOXUNDU VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir