Şəhid ailələri və veteranlarla bağlı qanunlara-DƏYİŞİKLİKLƏR EDİLDİ… – FOTO

Şəhid ailələri və qazilərlə bağlı məsələ dövlət başçımızın daim diqqət mərkəzindədir. Həmin şəxslərə evlər verilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlər görülür.

Etikxeber.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında məlumat verən Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

M. İbrahimqızı bildirib ki, Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də şəhid və qazi ailələrinə hərtərəfli dəstək siyasəti həyata keçirilir:

“Şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə hərtərəfli dəstək verilməsi bu gün dövlət siyasətinin əsas prioritetlərindəndir”.

Millət vəkili Aydın Hüseynov mövcud qanunvericiliyə yenidən baxılmasını və növbəti dəyişikliklər edilməsini təklif edib.

“Məsələn, elə insanlar var ki, onlar sırf döyüşlər, müharibə zamanı deyil, hərbi xidmət müddətində başqa səbəblərdən dünyasını dəyişib. Məsələn, vaxtilə Qaradağ rayonunda yaşayan bir əsgərimiz hərbi xidmət dövründə öz əsgər yoldaşının silahla ehtiyatsız davranışı üzündən həyatını itirib. Ona da Şəhid adının verilməsi ailəsi üçün bir təsəlli olardı. Odur ki, biz 1993-cü ildə qəbul olunan qanuna yenidən baxmalı, bəzi dəyişikliklər etməliyik. Xidmət zamanı avtoqəzada, döyüş yoldaşının diqqətsizliyi və digər səbəbdən həlak olanlara da şəhid statusu verilməlidir.Ümumiyyətlə, bu məsələdə qardaş Türkiyənin təcrübəsindən istifadə etmək olar”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Müzakirələrin sonunda həm adıçəkilən qanun layihəsi, həm də “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda uşaq bağçalarının da-FƏALİYYƏTİ DAYANDIRILIR…

Read Next

Ermənistanda Paşinyanı dəyişdirmək istəmirlər-SORĞUNUN NƏTİCƏLƏRİ BELƏ DEYİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir