“Şəhid ailələrinin evlə təminatı məsələsində mövcud normativlərdən imtina etməliyik”-QƏNİRƏ PAŞAYEVADAN VACİB VƏ ÖNƏMLİ TƏKLİF

Şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsində problem var. Bütün dövlət qurumlarına çağırış edirik ki, hamısı neçə nəfər şəhid ailəsi və qazini işlə təmin etməsi barədə hesabat versin.

Etikxeber.az məlumat verir, bunu Milli Məclisin (MM) bugünkü iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, bunu,sadəcə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin üzərinə atsaq, bu istiqamətdə daha sürətli addımlar gözləmək yersizdir.

“Bütün qurumlar bu məsələdə aktiv iştirak etməlidir. Şəhid ailələrinin evlə təminatı məsələsində normativlərdən imtina etməliyik. Bu ümumi yanaşmalar müsbət olmayan yanaşmaları ortaya çıxarır. Mayor Rüfət Əsgərovun ailəsini götürək, dövlətdən ev almasına az qalmış şəhid olub. Onun ailəsinə verilən ev çox kiçikdir. Rüfət Əsgərovun uşaqlarından birinin əlilliyi var. Digər şəhidlərimiz var ki, 19 il, 18 il vətənə xidmət edib, ev alacaqları vaxtı şəhid olub. Onların ailələrinin də evlə təminatı məsələsində problemlər var. Bu məsələlərə diqqət artırılmalıdır, individual olaraq yanaşma tətbiq edilməlidir”-deyə, Q. Paşayeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Büdcə zərfinin müzakirələri: MM AZƏRBAYCAN XALQINI TƏBRİK, MUSA QULİYEV DSMF-NİN BÜDCƏSİNİN İCRASI BARƏDƏ PARLAMENTƏ HESABAT VERİLMƏSİNİ, DEPUTAT HƏRBÇİLƏRİN MAAŞLARININ ARTIRILMASINI, SİYAVUŞ NOVRUZOV AĞIR SAHƏLƏRDƏ ÇALIŞANLARIN PENSİYA YAŞININ AZALDILMASINI TƏKLİF ETDİ – YENİLƏNİB – (5)

Read Next

16 noyabr Şəhidlərinin xatirəsi parlamentdə-BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir