Şəhid Alim İbrahimovun Cənnətdəki ikinci ad günü-BU GÜN ONUN 28 YAŞI TAMAM OLUR…-FOTOLAR

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Alim Səhrab oğlu İbrahimovun ad günüdür.

Alim İbrahimovun bu gün 28 yaşı tamam olur və bu, Onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Alim İbrahimov 1993-cü ilin 26 dekabrında Ucar rayonunun Qazıqumlaq kəndində sadə bir ailədə anadan olub.

Ailəsi Mingəçevir şəhərinə köçəndən sonra, o, Mingəçevir şəhər 4 saylı orta məktəbində alıb.

Alimin hələ uşaq yaşlarından musiqiyə həvəsi odub.

Bu istəklə də 2004-2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı Musiqi məktəbində qarmon ixtisası üzrə oxuyub, sonra sənət təhsilini Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecində davam etdirib.

2017-ci ildən Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləyib.

2020-ci ilin 27 sentyabrında isə İkinci Vətən müharibəsi başlayanda Alim də digər Vətən sevdalıları kimi cəbhəyə yollanıb.

Döyüşlərdə Rəşadət, İgidlik göstərib.

Və Suqovuşan istiqamətində ağır döyüşlərin birində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb.

Nəşi noyabrın 2-də Mingəçevir şəhərin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” “Suqovaşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Alimgil ailədə iki övlad, iki qardaş olublar.

O, həm də subay olub.

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün ailəsi tərəfindən Şəhidin məzarı ziyarət olunacaq.

Ziyarətdən sonra isə yaşadığı evdə ailə üzvləri və yaxınlarının iştirakı ilə mərasim keçiriləcək.

Məqamı Uca, məkanı cənnətlik, mövludu, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

Allah valideynlərinə, tək qardaşına, əzizlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yoluxmada azalma-501 NƏFƏR – DAHA 15 ÖLÜM…

Read Next

Hava buludlu olacaq, bəzi yerlərdə yollar buz bağlayacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir