Şəhid anası “Atamızla qürur duyuram!” adlı layihənin-İCRASINA BAŞLAYIR…

“Vətən naminə” Səhid ailələrinə dəstək İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Quba rayonunda Şəhid övladları üçün “Atamızla qürur duyuram!” adlı tədbirlərin təşkili layihəsinin icrasına başlayır.

Etikxeber.az-ın xəbərinə görə, ilk tədbir gələn həftənin birinci günü, 11 aprel tarixində Quba “ASANxidmət” Mərkəzində, saat 11-də başlayacaq.

Qeyd edək ki, layihənin məqsədi İkinci Qarabag Müharibəsi Şəhidlərinin tanıdılması və Şəhid övladlarına dəstək olmaqdır.

Onu da qeyd edək ki, İctimai Birliyin rəhbəri evin tək oğlu, cəmi 18 yaşında Şəhid olan Qubalı Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovadır.

Etikxeber.az

Read Previous

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında-SƏRƏNCAM İMZALANDI

Read Next

Gecə klubunda partlayışa görə-3 NƏFƏR HƏBS OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir