Şəhid bacısı və Şəhid anası-BƏRDƏ MÜALİCƏ DİAQNOSTİKA MƏRKƏZİNİN KOLLEKTİVİNƏ NİYƏ MİNNƏTDARLIQ ETDİLƏR? – FOTOLAR

Şəhid bacısı-Bərdənin (həm də Bakının Suraxanı rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fəxri Qəribzadinin dörd övlad anası olan tək bacısı Türkanə Qəribova bugünlərdə Bərdə Müalicə Diaqnostika Mərkəzində səhhətində yaranmış problemlə bağlı əməliyyat keçirib və əməliyyatı uğurla başa çatıb.

Türkanə xanım hazırda da ev şəraitində müayinələrini davam etdirir.

Və Şəhid bacısı, o cümlədən anası-Şəhid anası Mehparə Qəribova, Türkanə xanımın ailə üzvləri uğurlu əməliyyata, göstərilən diqqətə görə, cərrah Bərhuz həkim-Bəhruz Abbasov başda olmaqla, Diaqnostika Mərkəzinin şəfqətli və gülərüz kollektivinə minnətdardırlar.

Bu gün Türkanə xanım, Şəhid anası Mehparə xanım və digər ailə üzvləri ilə birlikdə həmin Mərkəzdə-Bərdə Müalicə Diaqnostika Mərkəzində olduq.

Türkanə xanım yenidən həkim baxışından-müayindən keçdi.

Sonra Şəhid bacısı və ailə üzvləri ilə birlikdə Mərkəzin gülərüz, qayğıkeş kollektivinin bir neçə əməkdaşı, həkim və tibbi bacıları ilə görüşdük, bir araya gəldik, ayaqüstü olsa da, onlara söhbətləşdik.

Şəhid ailəsi, Şəhid anası Mehparə xanım bir daha qızına və onun timsalında ailəsinə göstərilən diqqətə, uğurlu əməliyyata görə, özü və ailəsi adından Mərkəzin kollektivinə, həkim və tibb bacılarına, Vüsal Məmmədov başda olmaqla, Bərdə rayon səhiyyəsinin rəhbərliyinə təşəkkürlərini və minnətdarlığını idafə etdi.

Elə bu yerdə qeyd etmək yerinə düşər ki, Mərkəzin işçiləri-təhlükəsizlik xidmətinin əməkdaşları arasında İkinci Vətən Müharibəsinin iştirakçıları, Qazilərimiz də var.

Onlar rayon səhiyyəsinin rəhbəri Vüsal həkimin birbaşa diqqət və qayğısı nəticəsində Mərkəzdə işlə təmin olunublar.

Odur ki, Mərkəzdə olarkən, Qazilərimizdən İbad Novruzzadə və Elvin Cavadovla da görüşdük, söhbətləşdik.

Və xatırladım ki, İbadı-İbad Novruzzadəni qiyabi də olsa, çoxdan tanıyırdım.

Hətta aylar öncə onun haqqında Etikxeber.az-da yazı da yazmış, sosial şəbəkə hesablarımda paylaşımlar da etmişdim.

Onunla, o cümlədən digər Qazimizlə bir araya gəlməyimdən, bir araya gəlməyimizdən də çox şad oldum, çox şad olduq.

Hər ikisinə də işlərində, fəaliyyətlərində uğurlar arzuladım, uğurlar arzuladıq…

Allah qorusun-hər ikisini və cəmi Qazilərimizi!

Və sonda Mərkəzin kollektivi ilə-Bəhruz həkimlə, Ramiz həkimlə, Yamən həkimlə baş tibb bacıları Pərvanə xanım, Zərif xanım, tibb bacısı Maral xanımla və digər tibb bacıları, eləcə də Qazilərimiz ilə xatirə fotoları çəkdirik və bir daha onlara fəaliyyətlərində uğurlar arzuladıq.

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyevlə Klaar-NƏYİ MÜZAKİRƏ ETDİLƏR? – FOTO – YENİLƏNİB

Read Next

Həm bacısının, həm də qardaşının oğlu Onun adını daşıyır…3 medallı, subay, Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-ADİL NAMİQ OĞLU HÜSEYNOV…-FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir