“Şəhid bulağı”nın açılışı-OLDU – FOTOLAR…

Millət vəkili icra başçısi ilə birgə şəhid bulağının açılışında iştirak edib.

Etikxeber.az-ın xəbərinə görə, 96 saylı Goranboy-Naftalan Seçki Dirəsindən deputat seçilən Milli Məclisin (MM) üzvü Anar Məmmədov seçicilərinin suallarını cavablandırmaq, təkliflərini və problemlərini dinləmək məqsədilə mütəmadi olaraq Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə sakinlərlə görüşlər keçirir, onları narahat edən məsələləri operativ şəkildə həll edir.

Növbəti dəfə millət vəkili Anar Məmmədov və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Hazırəhmədli kəndində Şəhid Turab Məmmədovun anası Bəyaz Məmmədovanın evində olub, şəhid ailəsinin problemlərini dinləyiblər.

Anar Məmmədov eyni zamanda şəhid Turab Məmmədovun və şəhid Vüsal Əliyevin adını daşıyan bulağn açılışında iştirak edib. Əvvəlcə şəhidin ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışı olub.

Daha sonra millət vəkili və İcra başçısı bir qrup kənd sakinləri, ağsaqqallar və ziyalılarla görüşüb, kəndin mövcud problemləri ilə maraqlanıb, səsləndirilən məsələlərin həlli istiqamətində birgə müzakirələr aparıblar.  

Sonda şəhid anası və sakinlər göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

Etikxeber.az

Read Previous

“Xoşbəxtliyin çox təəssüf ki, itiriləndən sonra qədrinin daha çox bilinməsi və qədri bilinmədiyindən itirilməsi kimi bir özəlliyi var…Gəlin müstəqilliyimizin qədrini bilək!”-SAHİB ALIYEV YAZDI

Read Next

“Bu fakt artıq antiterror əməliyyatlarının aparılması üçün fürsət deməkdir…”-SABİQ DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir