Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədovaya vəzifə verildi-163 NÖMRƏLİ MƏKTƏBİN TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ TƏYİN EDİLDİ

Şəhid anası Aygün Məmmədovaya vəzifə verilib.

Bu barədə Etikxeber.az-a Şəhid anasının özü məlumat verib.

Belə ki, əslən İsmayıllıdan olan, özü isə Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yaşayan (yaşamış) evin-ailənin tək, subay və ali təhsilli övladı-İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Habil oğlu Məmmədlinin anası Aygün Kamal qızı Məmmədova 163 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktir müavini təyin olunub.

Təyinatla bağlı bu gün əmr imzalanıb.

Təyinat məktəbin rəhbərliyi və kollektiv tərəfindən də çox müsbət və razılıqla qarşılanıb.

Şəhid anası isə öz növbəsində belə bir etimada görə Bakı Şəhər üzrə Təsil İdarəsinin müdiri Mehriban Vəliyeva, müdir müavini Xəyalə Əhmədzadə və İdarənin Təminat-təchizat şöbəsinin müdiri Səccəd Mahmudova minnətdarlıq və təşəkkürlərini bildirib.

O, vəzifəyə təyin olunmasının onun üçün gözlənilməz olduğunu bildirib və qeyd edib ki, göstərilən yüksək etimadı doğrultmağa, bir daha Şəhidinin adına layiq olmağa çalışacaq.

Biz də Etikxeber.az saytı olaraq, Şəhid anasını vəzifəyə təyin olunması münasibəti ilə təbrik edir, ona bu məsul işində uğurlar arzulayırıq.

Etikxeber.az

Read Previous

Daha 396 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Read Next

2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri müzakirə olunub-İQTİSADİ ŞURADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir