Şəhid Cəmil Məmmədlinin oxuduğu 163 saylı məktəbdə büstünün və baralyefinin izdihamlı-AÇILIŞI – FOTOLAR – YENİLƏNİB

Bu gün, 20 oktyabr saat 10:30 radələrində Bakının Səbail rayonunda yerləşən 163 saylı orta məktəbdə Şəhid Cəmil Məmmədlinin büstünün açılışı olacaq.

Etikxeber.az xəbər verir ki, evin-ailənin tək, subay və ali təhsilli oğlu Cəmil Habil oğlu Məmmədli 1995-2016-ci illərdə 163 saylı məktəbdə oxuyub.

Qeyd edək ki, Cəmil Məmmədli 2020-ci ilin oktyabr ayının 15-də Füzuli istiqamətində döyüşlərdə Şəhid olub və elə həmin gün İsmayıllı Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən, Şəhidliyindən sonra 4 medalla təltif olunub.

Büstün açılış mərasimində Şəhidin valideynləri-anası Aygün Məmmədova, atası Habil Məmmədov, yaxınları, 163 saylı məktəbin müəllim kollektivi, şagirdlər, Səbaildən olan Şəhid ailələri, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər şəxslər iştirak edəcəklər.

Mərasimdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni oxunacaq, çıxışlar ediləcək, sonra isə büstün açılşı olacaq.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

***

Bu gün saat 10:30-da 163 saylı orta məktəbdə Şəhid Cəmil Məmmədlinin əvvəlcə baralyefinin, sonra büstünün açılış mərasimi olub.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, 163 saylı məktəbin müəllim və şagird kollektivi, Səbaildən olan Şəhid anaları və Şəhid ataları, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Səbaili Milli Məclisdə (MM) təmsil edən millət vəkili Nigar Arpadarai, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının üzvləri və digər şəxslər iştirak ediblər.

Təxminən saat yarım davam edən mərasimdə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib, Şəhidlərin ruhlarına dualar oxunub, çıxışlar edilib.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, millət vəkili Nigar Arpadari, Şəhidin müəllimi və qohumu Bikəxanım Ağayeva və digər mərasim iştirakçıları çıxış edərək, Şəhidlərimiz sayəsində Qələbə və Zəfər əldə edildiyini bildirib, hər kəsin onlara borclu olduqlarını, onların ruhları qarşısına baş əydiklərini bildiriblər.

Qeyd ediblər ki, bu cür açılışların keçirilməsi isə məktəblilərin, gələcəyimiz olan gənc nəslin milli-vətənpərvərlik ruhunda böyüdülməsi baxımından çox əhəmiyyətlidir.

Şəhidin anası Aygün Məmmədova da öz növbəsində özü və ailəsi adından tədbir iştirakçılarına, 163 saylı məktəbin kollektivinə, Səbail rayon rəhbərliyinə, xüsusilə, Azərbaycan dövləti və dövlət başçısına minnətdarlğını ifadə edib.

Sonra məktəblilərin ifasında Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar və şeirlər ifa edilib.

12:20

***

FOTOLAR:

BARALYEFİ…

BÜSTÜ…

163 SAYLI MƏKTƏBİN MÜƏLLİMLƏRİ VƏ ŞAGİRDLƏRİ…

QÜRURLU, MƏĞRUR, DİK DURUŞLU, QƏHRƏMAN ŞƏHİD AİLƏLƏRİ, ŞƏHİD ANALARI, ŞƏHİD ATALARI…

ŞƏHİDİN VALİDEYNLƏRİ VƏ MİLLƏT VƏKİLİ NİGAR ARPADARAİ…

BARALYEFİNİN AÇILIŞI…

BÜSTÜNÜN AÇILIŞI…

ÇIXIŞLAR…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Narkotik ticarəti ilə bağlı bu ölkədə-FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLDİ…

Read Next

Millət vəkili hansı qanun layihəsinin qəbulu üçün-YAP-DAN DƏSTƏK İSTƏDİ VƏ ONA NƏ CAVAB GƏLDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir