Şəhid Cəmil Məmmədlinin Cənnətdəki ilk ad günü-İKİ GÜN SONRA…

Əslən İsmayıllılı, özü isə Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yaşamış Şəhid Cəmil Məmmədlinin iki gün sonra, 28 iyul tarixində 22 yaşı tamam olur.

Bu, Cəmil Məmmədlinin Cənnətdəki-Cənnətindəki ilk ad günüdür. 

Etikxeber.az-ın xəbərinə görə, Cəmil Məmmədli 28 iyul 1999-cu il tarixində sadə bir ailədə-Məmmədovlar ailəsində anadan olub.

Evin-ailənin tək oğlu Cəmil Məmmədli ali təhsilli, Azərbaycan Texniki Universitetinin məzunu olub.

2020-ci ilin iyulunda ali təhsilini başa vuran kimi hərbi xidmətə yollanıb, Əsgər olaraq İkinci Vətən Müharibəsində iştirak edib və 2020-ci ilin okyabrın 14-ündən 15-inə keçən gecə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi elə həmin gün, 15 oktyabr tarixində İsmayıllı rayonuna gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Cəmil Məmmədli ölümündən sonra Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunub.

Cəmil Məmmədli həm də ailədə bir bacı-bir qardaş və subay olub.

Qeyd edək ki, iyulun 28-ində Cənnətdəki ilk ad günü ilə bağlı səhər tezdən Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, İsmayıllı rayon rəhbərliyi tərəfindən İsmayıllı şəhər Şəhidlər Xiyabanı, o cümlədən Cəmil Məmmədlinin məzarı ziyarət ediləcək, onun və digər Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, Şəhidlərin ruhlarına dualar oxunacaq.

Ziyarətdən sonra Şəhidin İsmayıllıdakı ata-baba ocağında Şəhid ailələrinin iştirakı ilə mərasimi düzənlənəcək, ehsan süfrəsi açılacaq.

Nur içində yatsın. məkanı cənnətlik olsun-Şəhidimizin!

Allah ailəsinə səbr versin!

Ruhu qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hidi Vəliyev və Orxan Cümşüdovun adını daşıyan “Şəhidlər bulağı”nın açılışı olacaq-TAP QARAQOYUNLUDA – SABAH

Read Next

“Qarabag savaşında bütün gücümüzlə Azərbaycanın yanında yer almışıq”-Numan Kurtulmuş AKP nümayəndə heyətilə Bakıda-SƏFƏRDƏDİR… – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir