Şəhid Cəmil Məmmədlinin fəxri diplomu-ŞƏHİDLİYİNDƏN 7 AY SONRA AİLƏSİNƏ TƏQDİM EDİLDİ, ŞƏHİD AİLƏSİ MİLLƏT VƏKİLİNƏ, AzTU-YA MİNNƏTDARLIQ ETDİ

İkinci Vətən Müharibəsinin Şəhidi, 3 medallı Cəmil Habil oğlu Məmmədlinin fəxri diplomu Şəhidliyindən 7 ay sonra ailəsinə təqdim edilib.

Bu haqda Etikxeber.az-a açıqlamasında Şəhidin anası Aygün Məmmədova bildirib.

Qeyd edib ki, bir neçə gün öncə oğlunun-Şəhidinin fəxri diplomu onlara göndərlib.

“Bu, bizim-Şəhid ailəsi üçün çox böyük təsəlli, mənəvi təskinlik və sevinc oldu. Bununla həm Şəhidimizin ruhu sevindirildi, həm də bizə mənəvi dəstək, təsəlli verildi. Neçə vaxt idi ki, bunu gözləyirdik. Kaş oğlum-Cəmilim də bu günü görəydi, diplomunu əlinə alaydı…Amma…Görünür belə qismətiymiş…”-deyən Şəhid anası özü, ailəsi adından bu məsələdə onlara dəstək olanlara, millət vəkili Aydın Mirzəzadəyə, o cümlədən, Texniki Universitetin rəhbərliyinə və Təhsil Nazirliyinə minnətdarlığını və təşəkkürlərini ifadə edib.

“Allah hər birindən, hər kəsdən razı olsun. Çox-çox minnətdarıq”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, evin tək oğlu olan, 1999-cu il təvəllüdlü Cəmil Habil oğlu Məmmədli İkinci Vətən Müharibəsi zamanı Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına həlak-Şəhid olub.

Cəmil Məmmədli 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya fakultəsinin Materialşünaslıq fakultəsində, bakalavr pilləsində ali təhsil alıb.

Etikxeber.az

Read Previous

Eyni binada yaşamış “Qarabağ” ordenli və iki medallı Şəhidlərimiz, İgidlərimiz, Qəhrəmanlarımız-İKİ ÖVLAD ATASI ASƏF VƏ SUBAY ƏRƏSTUN… – FOTOLAR

Read Next

Sabah hava necə-OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir