Şəhid Cəmil Məmmədliyə həsr olunmuş “Elə bir ömür yaşayacam ki…” sənədli filminin təqdimatı-BU DƏFƏ TƏHSİL ALDIĞI AzTU-DA – FOTOLAR -YENİLƏNİB – (1)

Bu gün saat 15:00-da həm Bakının Səbail rayonunun, həm də İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək və subay oğlu, ali təhsilli, dörd medal və bir ordenli Cəmil Habil oğlu Məmmədlinin təhsil aldığı Azərbaycan Texniki Universitetində (AzTU) Şəhidə həsr olunmuş “Elə bir ömür yaşayacam ki…” adlı sənədli filmin təqdimatı keçirilib.

Etikxeber.az xəbər verir ki, Mehriban Sadıqovanın ssenarisi əsasında çəkilmiş sənədli filmin təqdimatında Şəhidin valideynləri-anası Aygün Məmmədova və atası Habil Məmmədov, tək bacısının ailəsi, yaxınları, adıçəkilən Universitetin rəhbərliyi, müəllimləri, tələbələri, Şəhid ailələri, 163 saylı tam orta məktəbin müəllim və şagirdləri, eləcə də digər şəxslər iştirak ediblər.

Təqdimatdan öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra filmin təqdimatı olub.

Təqdimat zamanı təsirli, kövrək anlar yaşanıb.

Çıxışlar edilib, sənədli filmin necə ərsəyə gəlməsindən danışılıb, o cümlədən Cəmil Məmmədlinin qısa, lakin şərəfli ömür və döyüş yolundan söz açılıb.

Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhid ailə üzvləri-valideynləri də həm filmin çəkilməsində əməyi, zəhməti olanlara, həm də AzTU-nun rəhbərliyinə, kollektivinə təqdimat mərasimi üçün minnətdarlıqları ifadə ediblər.

Qeyd edək ki, ilk dəfə filmin təqdimatı aylar öncə İsmayıllı rayonunda keçirilib.

17:30

***

FOTOLAR:

20:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq…”-ƏLİYEVLƏ ZELENSKİ YENİDƏN BİR ARADA, AZƏRBAYCAN PREZİDENTİNİN MOLDOVA SƏFƏRİ BAŞA ÇATDI – FOTO – YENİLƏNİB

Read Next

Birinci Qarabağ Savaşı Şəhidi İlqar Abbasovla İkinci Vətən Müharibəsi Şəhidi Yaqub Yaqubovun Cənnətdəki doğum günlərində-AİLƏLƏRİ, OCAQLARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir