Şəhid dayısının adını və soyadını daşıyan balaca-FƏXRİ QƏRİBZADƏ…BU GÜN 1 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (5)

Fəxri Pərvin oğlu Qəribzadə…

Azərbaycanın Fəxri, Fəxrli Fəxri…ailənin tək oğlu, anası tərəfindən təkbaşına böyüdülən Şəhid Fəxri Qəribzadənin adını və soyadını daşıyan balaca Fəxri…balaca Fəxri Qəribzadə…

Tək bacısının-Türkanın oğlu…Üzünü görmədiyi, səsini eşitmədiyi balaca Fəxri…Şəhidliyindən düz 4 ay 14 gündən sonra dünyaya gələn bacısı balası, bacısı oğlu…

Dayısının adını və soyadını daşıyan balaca Fəxri Qəribzadə

Nə dayı Fəxri balaca Fəxrini, Fəxrisini gördü, nə də balaca Fəxri böyük Fəxrini, dayısı Fəxrini…

Amma və lakin…

Baxanlar…Fəxri Qəribzadəni, Şəhidimizi ilk dəfə fotolardan, şəkillərdən görənlər…dərhal iki Fəxri arasında eynilik, bənzərlik tapırlar, görürlər…

Balaca Fəxrini görənlər onu dərhal dayısına bənəzdirlər, oxşadırlar…

Hətta “Bu qədər eynilik, bənzərlik olmaz…”-deyənlər də var, olur…

O dərəcədə bir-birilərinə bənzəyirlər, oxşayırlar…

Ruhu köməyi olsun, torpağı sanı yaşasın, balaca Fəxri-Fəxri Qəribzadə!

***

Bu gün, 24 fevral 2022-ci il balaca Fəxrinin, Fəxri Qəribzadənin doğum günüdür…

Onun bu gün bir yaşı tamam olur…

Və cəmi saatlar sonra Şəhid ailələrinin, Qazilərin…iştirakı ilə balaca Fəxrinin ad günü, 1 yaşı qeyd olunacaq…

İki ildir Qəribovlar-Qəribzadələr ailəsi heç bir ad günü keçirmir, qeyd etmir…

Amma bu dəfə məhz Fəxrinin adını və soyadını daşıyan balaca Fəxrinin doğum gününü, bir yaşını qeyd edəcəklər…

Ad günü mübarək, bir yaşı sayalı, düşərli olsun-balaca Fəxrinin!

100 yaş yaşasın!

Dayısının, bir gecədə Şəhidliyi ilə bütün Azərbaycanın Fəxrinə, Fəxrisinə çevrilən dayısının-Fəxri Qəribzadənin adına, soyadına layiq, Vətənə xeyirli övlad olsun!

Milyon kərə Amin!

00:00

***

VƏ BAŞLADI…

10:55

***

11:33

***

12:10

***

12:30

***

12:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq!”-ZELENSKİ – ABŞ PREZİDENTİ İLƏ ZELENSKİ ARASINDA TELEFON DANIŞIĞI OLDU, BAYDEN RUSİYAYA XƏBƏRDARLIQ ETDİ – YENİLƏNİB – (10)

Read Next

Ərdoğanla Zelenski danışdı-TÜRKİYƏ XİN RUSİYANIN ADDIMLARINI PİSLƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir