Şəhid Fəxri Qəribzadə ilə eyni gündə anadan olan və onun adını daşıyan Qazi balası balaca Fəxri-BU GÜN QAZİ FİRUDİN NƏCƏFOVUN BİR YAŞLI BALASININ İLK DOĞUM GÜNÜ MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Bu gün-axşam saatlarında Bakı şəhərində yerləşən “SARF” restoranında İkinci Vətən Müharibəsi iştirakçısı, iki medallı, ailəsi ilə birlikdə kirayədə yaşayan, Qazilik Haqqını hələ də ala bilməyən əslən Hacıqabullu Firudin Nəcəfovun övladı-balaca Fəxrinin doğum günü məclisi keçirilib.

O Fəxrinin ki, əslən Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, anası tərəfindən təkbaşına və kirayələrdə böyüdülən Fəxri Qəribzadənin adını daşıyır.

O Fəxrinin ki, ötən ilin 10 yanvar tarixində-adını daşıdığı Fəxri Qəribzadə ilə bir gündə dünyaya gəlib.

O Fəxrinin ki, məhz atası Firudinin arzusu və Şəhid anası Mehparə xanımın xeyir-duası ilə daşıdığı Fəxri adı ona verilib.

Və doğulduğu, ad verildiyi gündən balaca Fəxri və ailəsi Şəhid anası tərəfindən himayəyə götürülüb, dəstəklənib, Mehparə xanım gənc Nəcəfovlar ailəsinin mənəvi böyüyünə, ağbirçək və ağsaqqalına çevrilib.

Və balaca Fəxrinin ilk ad günü Fəxri Qəribzadənin Cənnətdəki üçüncü doğum günü mərasimi ilə üst-üstə düşdüyü üçün Qazi balasının məclisi bir gün sonraya-bu günə ertələnib.

Saat 18:00-da başlayan məclisdə balaca Fəxri və valideynləri, o cümlədən, Şəhid Fəxri Qəribzadənin anası və bacısının ailəsi, yaxınları, tək övladını Şəhid vermiş Məlahət xanım, tanınmış bəstəkar və müğənni Ruslan Səfəroğlu, Qazilər, İkinci Vətən Müharibəsi iştirakçıları və digər şəxslər iştirak ediblər.

Ad günü məclisi Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra məclisdə milli və hərbi vətənpərvərlik ruhunda mahnılar ifa olunub, çıxışlar edilib.

Çıxışlarda balaca Fəxriyə-Şəhid Fəxri Qəribzadənin adını daşıyan Qazi balasına can sağlığı, uzun ömür, xoşbəxtlik, atalı-analı böyüməsi arzulanıb.

Eyni zamanda, Şəhid Fəxri Qəribzadənin İgidliyi və Qəhrəmanlığından bəhs edilib.

Bildirilib ki, bugünümüzə, dinclik və əmin-amanlığımıza görə Fəxri Qəribzadə də daxil olmaqla, cəmi Şəhidlərimizə, Vətən sevdalılarımıza, Qazilərimizə borcluyuq.

Və onlara olan ehtiram və borcumuzu heç zaman unutmamalıyıq.

Şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım isə bildirib ki, həm qızı nəvəsi, həm bacısı nəvəsi, həm də Qazi balası övladının-İgininin adının daşıyır.

Eyni zamanda, internet üzərindən daha 26 ailə öz övladına Fəxri adının qoyulması ilə bağlı ondan xeyir-dua, razılıq alıb.

Çıxışlardan sonra rəqslər edilib, alqış sədaları altında balaca Fəxrinin doğum günü tortu kəsilib.

Doğum günü məclisi 4 saata yaxın davam edilib.

Doğum günün mübarək olsun, balaca Fəxri-Qazi balası Fəxri bala!

Adını daşıdığın Fəxri Qəribzadənin ruhu daim köməyin olsun!

23:10

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq…”-İLHAM ƏLİYEV – FOTO

Read Next

Yollar buz bağlayacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir