Şəhid Fəxri Qəribzadənin illərdir kirayələrdə yaşayan anasını-EVLƏ, MƏNZİLLƏ TƏMİN EDƏN OLACAQMI? SƏLAHİYYƏT SAHİBLƏRİ, BƏRDƏ VƏ SURAXANININ İCRA BAŞÇILARI NƏYİ GÖZLƏYİRLƏR?

Yenə Qəhrəman Bərdədə, yenə Güloğlularda, yenə də Şəhidimiz, Vətən sevdalımız Fəxri Qəribzadənin bacısgildəyəm…

Bilənlər bilir ki (dəfələrlə yazmışam, paylaşımlar etmişəm), Fəxrigil uşaqlıqdan kirayələrdə yaşayıb, böyüyüblər…

Anaları Mehparə xanım onları uşaqlıqdan təkbaşına, minbir zülm-zillətlərə qatlaşaraq böyüdüb Bakıda, kirayələrdə…

Saçlarını süpürgə edib, ancaq iki balasını ehtiyac çəkməyə, ehtiyac içində qıvranmağa imkan verməyib…

Ancaq eyni zamanda Qürurunu, Şəxsiyyətini də kiminsə yanında aşağı etməyib, tapdalamağa imkan verməyib…

Hər zaman Dik duruşli, Əsalətli, Qürurlu olub və iki övladını da o cür yetişdirib…

O cür tərbiyə verməsəydi, o cür yetişdirib boya-başa çatdırmasaydı, bu gün FƏXRİ QƏRİBZADƏ adlı İgid, Qəhrəman oğul da olmazdı…

Məhz aldığı tərbiyə onu VƏTƏN SEVDALISI etdi və topağı, Vətəni uğrunda gözünü qırpmadan canından keçdi, Şəhidlik məqamına ucaldı…

Amma və lakin…

Fəxri Qəribzadənin Şəhidiliyindən bir il keçsə də, hələ də tək-tənha Şəhid anası, Dik duruşlu Mehparə ana, Mehparə xanım Bakıda, Suraxanıda şəraitsiz bir evdə kirayə yaşamaqda davam etməkdədir…

Düzdür, Fəxrinin Şəhidliyindən sonra tez-tez Bərdədə, Güloğlularda-8 nəfərdən ibarət böyük ailəsi olan qızıgildə qalır, amma bununla belə, hələ də Bakıda, illərdir kirayə tutduğu evdə yaşayır…

Dəfələrlə müraciət edilsə də, yazılsa da, pozulsa da, Şəhid anasının, Qəhrəman ananın evlə, mənzillə təmin olunması sanki müşkülə dönür, tilsimə düşür, dalana dirənir…

Sanki Bərdədə və ya illərdir yaşadığı (yaşadıqları) Suraxanıda Şəhid anasını evlə, məzillə təmin edəcək bina və ya həyət evi yoxdur…

Sanki hər yer quruyub, hər şey qəhətə çəkilib…

Xüsusilə də, Bərdə İcra Hakimiyyəti ötən bir il ərzində əlini əlinin üstündən tərpədib, acılı, yaralı, dərdli Şəhid anasına kömək, onu mənzillə, evlə təmin etmək istəmir…

Bəli, məhz istəmir…İstəsəydi, çoxdan bu məsələni çözmüş və həll etmişdi…

Belə bir münasibət isə yumşaq şəkildə desək, yolverilməz, qəbuledilməz və bağışlanılmazdır…

Odur ki, istər Suraxanı, istərsə də Bərdə İcra Hakimiyyəti artıq bu məsələni çözməli, Şəhid anasını evlə, mənzillə təmin etməlidir…

Bu, onların birbaşa vəzifəsi, borcudur-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də daxil olmaqla…

Vəzifənizi, borcunuzu yerinə yetirin cənablar, əyləşdiyiniz rahat kürsüyə, komfort həyatınıza görə məhz Fəxri kimi Oğullara və onun, onların özləri kimi Qəhrəman analarına- Şəhid analarına borclusunuz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Millət vəkili Musa Urud yeni şeirini təqdim etdi: “QARABAĞ AZƏRBAYCANDIR!”

Read Next

“Xalqımız artıq qalib xalqdır, bizim 8 Noyabr – Zəfər Günümüz var və bundan sonra Azərbaycanı yeni bir dövr gözləyir”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir