Şəhid İlkin Vəliyevin Cənnətdəki-Cənnətindəki ilk-AD GÜNÜ – 25 YAŞI TAMAM OLUR

Bu gün Şəhid İlkin Səfail oğlu Vəliyevin doğum günüdür.

Etikxeber.az-ın xəbərinə görə, Goranboy rayonunun, Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Vəliyevin bu gün-18 may tarixində Cənnətdəki-Cənnətindəki ilk ad günüdür.

1996-cı ilin mayın 18-də Qızılhacılıda sadə bir ailədə anadan olan İlkinin bu gün 25 yaşı tamam olur.

Anasını vaxtsız itirən İlkinin atası Səfail Vəliyev də müharibə iştirakçısı, Birinci Qarabağ Savaşının, əfsanəvi Goranboy batalyonunun döyüşçülərindən olub.

İlkin 24 yaşında, oktyabr ayında ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 26-da Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, İlkin xalası oğlu Nofəl Xaliq oğlu Nuriyev də İkinci Vətən Müharibəsi Şəhidlərindəndir.

Nofəl 2020-ci ilin senyabrında Şəhid olub, oktyabrın 10-da isə nəşi torpağa tapşırılıb.

Eyni zamanda, İlkinin yaxın dostu və sinif yoldaşı, Şəhid ailəsindən olan Kənan Ələkbərli də İkinci Vətən Müharibəsinin Şəhidlərindəndir.

Kənan isə oktyabrın 11-də Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Nofəl ailəli, 3 uşaq atası, Kənan nişanlı, İlkin isə subay olub.

Nur icində yatsınlar, məkanları cənnətlik olsun!

Fəxrimiz, Qürurumuzdurlar!

Ruhları qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirildi-SAXLANILANLAR VAR…

Read Next

Sallivan Əliyevlə nəyi-MÜZAKİRƏ ETDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir