Şəhid Nahid Mikayılovun cənnətdəki ilk ad günü VƏ YA XANIMININ ŞƏHİDƏ DOĞUM GÜNÜ HƏDİYYƏSİ… – FOTOLAR

Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı, 3 övlad atası-Şəhid Nahid Mikayılov…

***

Aprelin 25-də daha bir İgidimizin, İkinci Qarabağ Savaşında Qəhrəmanlıq dastanı yazmış Şəhidimizin adını daşıyan “Şəhid bulağı”nın açılışı baş verdi…

Kürdəmirimizin, Azərbaycanımızın daha bir İgid, Qəhrəman oğlu-20 ilin peşəkar və qüsursuz hərbçisi-baş gizir, Aprel döyüşlərinin iştirakçısı və İkinci Vətən Müharibəsinin Şəhidi Nahid Mikayılovun adını daşıyan “Şəhid bulağı”nın açılış məarsimi keçirildi…

Özü də açılış mərasimi Şəhidimizin növbəti doğum günündə-cənnətdəki, cənnətindəki ilk ad günündə yaşandı və qeyd edək ki, “Şəhid bulağı” da Şəhid xanımının özünün təşəbbüsü və öz şəxsi büdcəsi ilə gerçəkləşib…

Açılış mərasimində Şəhidin ailə üzvləri-xanımı Jalə xanım, 3 övladı, döyüş-hərbçi yoldaşları, Şəhid, Qazi ailələri, rayon ziyalıları, din xadimləri, məktəblilər iştirak edirdi…

Şəhidimizin həyat yoldaşı və övladları öncə bulağın açılışını etdilər, sonra mərasim iştirakçılarından bir neçəsi Şəhidimizlə bağlı ürək sözlərini söylədilər, məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər…

Qeyd edək ki, Şəhidimizin  39 yaşı tamam olurdu…

39 illik ömrünün 20 ilini Orduda, hərbdə keçirən İgidimiz Aprel döyüşlərindən sonra şəkər xəstəliyinə tutulsa da, Vətən, Torpaq sevdasından əl çəkməyib, İkinci Vətən Müharibəsində də peşəkar hərbçi kimi, ilk gündən döyüşlərdə iştirak edib…

Və Ağdam istiqamətində döyüşlərdən birində, oktyabrın 30-da ağır yaralanıb, hospitlada əməliyyat olunsa da, İgidimizin həyatını qurtarmaq mümkün olmayıb, Vətən sevdalımız gözlərini bu dünyaya birdəfəlik-əbədiyyən yumub, Şəhid olub və bir gün sonra-oktyabrın 31-də də Kürdəmirdə-Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

İgidliyinə, Qəhrəmanlığına görə də, bir neçə medalla təltif olunub…

Şəhidimizin 3 övladı, 3 oğlu Vətənə əmanət qalıb…Nihad, Nicat və atasının adını daşıyan 2 yaşlı Nahid

Şəhidimizin yoldaşı deyir ki, oğlunun adı Rinat olub, ancaq yoldaşının Şəhidliyindən sonra onun adını dəyişdirib və Nahid etdirib…

Adi ilə, torpağı sanı yaşasın, balaca Nahid, ataların torpağı sanı sanı yaşasınlar, Şəhid balaları, atalarının ruhu bir ömür boyu köməkləri olsun!

Şəhidimiz isə nur içində yatsın, məkanı behiştlik olsun!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

25.04.2021, Kürdəmir

Etikxeber.az

Read Previous

“ABŞ-ın qondarma “erməni soyqırımı” ilə bağlı Türkiyəni ittiham etməsi tamamilə əsassızdır…”-GƏNC TARİXÇİ, DİFAİ GƏNCLƏR HƏRƏKATININ RƏHBƏRİ KƏNAN HƏMZƏOĞLU

Read Next

Bir daha İNSAN KAPİTALI haqqında-QƏNİRƏ PAŞAYEVANIN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir