Şəhid qardaşlardan Tural Həsənovun torpağa tapşırılmasından-BİR İL KEÇDİ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (7)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan Tural Tapdıq oğlu Həsənovun Anım Günüdür.

Onun torpağa tapşırılmasından bir il keçir.

Düz bir il öncə-bu gün, 9 dekabr tarixində nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, İkinci Vətən Müharibəsinin iştirakçılarından və ailənin iki övladından, iki oğlundan biri olan Tural Həsənovun nəşi 68 gündən sonra tapılıb və ailəsinə təhvil verilib.

Və bir gün sonra, 9 dekabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanıb.

Tural ailəli, iki övlad, iki oğul atası olub.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qardaşı Musa Həsənovun nəşi isə 35 gündən sonra, 2020-ci ilin noyabrın 5-də torpağa tapşırılıb.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin-Şəhid qardaşların məzarları ziyarət olunacaq.

Məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar oxunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevir və digər bölgələrdən olan Şəhid anaları, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.

Ziyarətdən sonra şəhərdəki şadlıq saraylarından birində Şəhidin anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq.

Mərasimdə Şəhidin ruhuna bir daha dualar ediləcək, çıxışlar olunacaq, şeirlər səsləndiriləcək, Şəhidlərə həsr olunmuş mahnılar oxunacaq.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

00:00

***

Bu gün səhər saatlarında Şəhidin-Şəhid qardaşların məzarları ziyarət olunub.

Ziyarətdə Şəhidin-Şəhid qardaşların ailə üzvləri, şəhər sakinləri, Qazilər, hərbçilər, din xadimləri, Mingəçevir, Bakı, Qəbələ və digər bölgələrdən olan Şəhid ailələri iştirak ediblər.

Şəhidin-Şəhid qardaşların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, çıxışlar edilib.

Bir saatdan çox davam edən ziyarətdən sonra “Günel” şadlıq sarayında anım mərasimi başlayıb, Şəhidin-Şəhid qardaşların adına ehsan süfrəsi açılıb.

Mərasimdə Mingəçevir, Bakı, Kürdəmir, Qəbələ, Bərdə, Goranboy, Ağcabədi və digər bölgələrdən olan Şəhid ailələri iştirak edirlər.

11:02

FOTOLAR:

NUR ÜZLÜ TURALIMIZ…

ŞƏHİDLƏR ATASI…TAPDIQ ATA…QƏHRƏMAN ATA…

***

ANALAR YANAR, AĞLAR VƏ YA SÖZÜN BİTDİYİ YER…

VƏ ANIM MƏRASİMİ…

11:08

***

MƏĞRUR, DİK DURUŞLU ŞƏHİD AİLƏLƏRİ…DƏRD VƏ QÜRUR ORTAQLARI…

11:38

ÖVLADLARI, ƏZİZLƏRİ QƏDƏR QƏHRƏMAN ŞƏHİD AİLƏLƏRİ…

***

11:58

***

ŞƏHİDLƏRİN XATİRƏSİNİN ANILMASI VƏ DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ …

12:20

***

12:38

***

NAZİRLƏ TACİRİN QƏHRƏMAN ANASI VƏ TƏK ÖVLADINI ŞƏHİD VERƏN QÜRURLU ANA…

***

Anım mərasimində Şəhid qardaşların ailə üzvləri də daxil olmaqla, digər Şəhid ailələri, Şəhid anaları çıxış edib, övladlarının İgidliyindən, Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdən bəhs ediblər.

Övladları, Şəhidləri ilə Qürur duyduqlarını və Fəxr etdiklərini bildiriblər.

Qeyd ediblər ki, bugünkü dinclik və əmin-amanlığımıza görə, Tural və Musa Həsənov qardaşları da daxil olmaqla, cəmi Şəhidlərimizə borcluyuq.

13:17

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Dayısı 1992-ci ildə, özü isə 2020-ci ildə Şəhid olan evin tək övladı-EMİL ƏMİROVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ – MƏRASİM KEÇİRİLDİ, ŞƏHİDİN KEÇDİYİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN DANIŞILDI… – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Azərbaycanın İkinci Vətən Müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradından-BİR İL KEÇİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir