Şəhid Qoşqar Hacıyevin-ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR…

Bu gün Şəhid Qoşqar Hacıyevin torpağa tapşırıldığı gündür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından iki il keçir.

İki il öncə-bu gün, 11 fevral tarixində Qoşqar Zahid oğlu Hacıyev Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, Qoşqar Hacıyev 2020-ci ilin fevralında müalicə aldığı “Ege Hospital”da dünyasını dəyişib.

1986-ci ildə Mingəçevir şəhərində anadan olan mərhum Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.

2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb.

Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub.

Qoşqar Hacıyev həm də ailəli, bir övlad atası olub.

Məqamı Uca, məkanı cənnətlik, ruhu şad olsun!

Nur içində yatsın!

Allah əzizlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin 27 Şəhidi-BİR TOYDA… – FOTO-VİDEO

Read Next

Əliyev Rəisini-TƏBRİK ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir