Şəhid Taleh Yusifovun Cənnətdəki il ad günü: MƏZARININ ZİYARƏTİ VƏ 27 YAŞI İLƏ BAĞLI KEÇİRİLƏN İZDİHAMLI TƏDBİRDƏN – FOTOSESSİYA – YENİLƏNİB – (2)

Bu gün, 18 noyabr tarixi Samuxun Ziyadlı kəndində İkinci Vətən Müharibəsi Şəhidi, ailənin 3 övladından biri, 5 medallı Taleh Gündüz oğlu Yusifovun Cənnətdəki ilk ad günüdür.

Etikxeber.az xəbər verir ki, ötən ilin noyabrın 27-də nəşi torpağa tapşırılan,Əbədiyyətə uğurlanan Şəhidin bu gün 27 yaşı tamam olur.

Qeyd edək ki, Taleh 26 yaşında Lacın uğrunda döyüşlərdə Şəhid olub.

Cənnətdəki il doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, din xadimləri, Samux və digər bölgələrdən olan Şəhid ailələri iştirak ediblər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Bir saatdan çox davam edən ziyarətdən sonra Şəhidin yaşadığı evdə Cənnətdəki ilk doğum günü ilə bağlı mərasim başlayıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə İlahilər, dini mahnılar, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib, ifa edilib.

Mərasimdə eyni zamanda, Şəhidin adına ehsan süfrəsi açılıb.

Etikxeber.az ziyarət və mərasimdən fotoları təqdim edir:

FOTOLAR…

ŞƏHİDİN EV-MUZEYİ…ŞƏHİD MUZEY…CANLI MUZEY…DİL AÇIB DANIŞAN FOTOLAR…

ŞƏHİD ANASI…QƏHRƏMAN ANA…MƏLƏK ANA-CƏNNƏT ANA…ŞƏHİD ATASI…QƏHRƏMAN ATA…

12:14

***

ŞƏHİD ANALARI…ANALAR, YANAR AĞLAR…

ŞƏHİD ATASI VƏ ŞƏHİDİN ƏMİSİ…

ŞƏHİD ANALARI…ŞƏHİD AİLƏLƏRİ…DƏRD VƏ QÜRUR ORTAQLARI…

ŞƏHİDİN DÖYÜŞ YOLDAŞLARI…İGİDLƏRİMİZ, VƏTƏN SEVDALILARIMIZ…

ŞƏHİD ATALARI…QƏHRƏMAN ATALAR…

***

GƏLƏCƏYİMİZ OLAN MƏKTƏBLİLƏR…GƏLƏCƏK QƏHRƏMANLAR…

12:58

***

ŞƏHİD ANALARI İLƏ YANAŞI, YAN-YANA DAYANMAQ ÖZÜ BİR ŞƏRƏFDİR…

ŞƏHİD BACISI VƏ ŞƏHİD QARDAŞI…QƏMƏR VƏ ŞAHİN…

13:49

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

18.11.2021, Bakı-Samux-Ziyadlı-Bakı

Etikxeber.az

Read Previous

Daha 2124 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Read Next

“Tikdirdiyi evdə yaşamaq oğluma qismət olmadı…”-BU GÜN ANIM GÜNÜ OLAN 3 MEDALLI, KİÇİK ÇAVUŞ ASİF ABIŞOVUN ANASI İSBƏT XANIM… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir