Şəhid və şəhid ailəsi statusu veriləndən 5 iş günü müddətində məlumat “Zəfər” altsisteminə daxil olunmalıdır-DƏYİŞİKLİK

Şəhid və şəhid ailəsi statusunun verilməsi proseduru dəyişir.

Etikxeber.az məlumat verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərara dəyişiklik edib.

Belə ki, dəyişikliyə əsasən, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil etməlidir.

Etikxeber.az

Read Previous

Daha 1068 yeni yoluxma-DAHA 17 ÖLÜM…

Read Next

Lənkəranın İkinci Vətən Müharibəsi Şəhidlərindən-ƏMRAH CƏFƏRLİNİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR – ŞƏHİDİN 25 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir