Əməkdar artist şəhid uşaqlara layihə həsr etdi: “Talandı torpağımız” – FOTOLAR

Əməkdar artist, tanınmış ifaçı Aybəniz Haşımova şəhid olan uşaqlara layihə həsr edib.
Bu haqda Etikxeber.az-a müğənni özü məlumat verib.
A. Haşımovanın dediyinə görə, layihə “Talandı torpağımız” adlanır:
“Qarabağda və ümumiyyətlə ermənilər tərəfindən öldürülən uşaqlarımıza bir layihə həsr etdim. Artıq layihə hazırdı və yaxın günlərdə təqdimatı olacaq. Layihə “Talandı torpağımız” adlanır. Bu mahnının sözləri dahi şairimiz Bəxtiyar Vahabzadəyə, musiqisi xalq artisti Niyaməddin Musayevə aiddir. Mahnının “Sənət Akademiyası”nın yetirməsi Milana Nəbiyeva ifa edəcək”.
 
Aybəniz Haşımova qeyd edib ki, klipdə şəhid olan uşaqları Sənət Akademiyasının yetirmələri canlandırıb.
Klipin operatoru Nadir Mehdi, rejissor və ssenarı Aybəniz Haşımovaya aiddir.
Layihənin hazırlıq mərhələsindən fotoları təqdim edirik:














AYBA-3
AYBA-4
Etikxeber.az

Read Previous

Şərqşünaslıq İnstitutunun ərəbşünaslıqla bağlı tədqiqatları yüksək qiymətləndirildi – FOTOLAR

Read Next

“Toy dəvətnamələri belə sosial şəbəkələrdən “göndərilir” – KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir