Şəhid Xudayar Yusifzadəni təhqir edən şəxsi döyənlər-TAPILDI VƏ… – YENİLƏNİB

Sosal şəbəkədə şəhid Xudayar Yusifzadə barəsində ironik paylaşım edən Fuad Rəsulzadənin döyülməsi ilə bağlı cinayət işi başlanılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Etikxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlama verib.

O, bildirib ki, yayılan videogörüntü ilə bağlı müvafiq araşdırma aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə  Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb:

“Bu barədə məlumat daxil olduqdan dərhal sonra  istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğlu olduğu müəyyən edilib”.

E. Zahidov qeyd edib ki, saxlanılan şəxslər istintaqa cəlb olunub, dindirilərək izahatları alınıb.

 Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

10:40

***

Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə status paylaşdığına görə Fuad Rəsulzadəni döyən şəxslər həbs edilməyib.

Bu barədə növbəti açıqlamasında E. Zahidov bildirib.

Onun sözlərinə görə, hazırda həbs olunan yoxdur:

“Xəbər verildiyi kimi, artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prossesual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaq”.

Etikxeber.az

Etikxeber.az

Read Previous

“Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə öncə əlaqə yaratmışam, vəziyyəti ağır olaraq qalır…”-SƏMAYƏ MƏMMƏDOVA NÖVBƏTİ DƏFƏ AÇIQLAMA YAYDI

Read Next

Daha 1196 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir