Şəhidimizin-Cəmil Məmmədlinin ili yaxlnlaşır: DİPLOMU AİLƏSİNƏ TƏQDİM EDİLƏCƏKMİ, OXUDUĞU MƏKTƏBƏ ADI VERİLƏCƏKMİ?

Cəmil Habil oğlu Məmmədli…

Şəhidim, Vətən sevdalım, Nur üzlüm…

Bu gün, 9 sentyabr tarixində növbəti dəfə Şəhidimizin Bayılda, Buxta küçəsində yaşayan valideynlərini-Aygün xanımı, Aygün bacımı və Habil bəyi, Habil qardaşımı ziyarət etməyə, onlara baş çəkməyə getmişdim…

Onları, Şəhid ailələrini ziyarət etmək, onlara baş çəkmək borcumdur, boynumun borcudur…

Onu da qeyd edim ki, xeyli vaxt idi Cəmilimin valideynləri ilə, mənə çox əziz və doğma olan insanlarla görüşə, söhbətləşə bilmirdim…

Sadəcə, virtual olaraq, yəni, telefon və sosial şəbəkələr üzərindən görüşür, əlaqələşirdim…

Ancaq bu gün nəhayət, bir daha canlı, real olaraq, görüşdüm, bir araya gəldim, söhbətləşdim, dərdləşdim Şəhidimizin özü kimi Nur simalı valideynləri ilə..

Bu gün həm də cümə axşamı idi…

Hər cümə axşamında olduğu kimi bu dəfə də Şəhidimizin əziz və müqəddəs ruhuna “Quran” oxundu, dualar edildi…

***

Təkrar olsa da, qeyd edim ki, Cəmil evin-ailənin tək oğlu olub…

Həm də subay və ali təhsilli…

Amma nə sağlığında, ali təhsilini başa vurduqdan sonra əziyyətinin nəticəsini, bəhrəsini görə, diplomunu ala bilib, nə də Şəhidliyindən bu günə kimi diplomu ailəsinə verilib…

Sadəcə, təhsil aldığı Azərbaycan Texniki Universiteti tərəfindən “Fəxri diplom” ailəsinə təqdim edilib…

Təhsil Nazirliyi isə hələ də bir neçə Şəhidimizlə bərabər Cəmil Məmmədlinin də diplomunu ailəsinə vermək, təqdim etmək məsələsində lənglik, daha doğrusu, laqeydlik, məsuliyyətsizlik nümayiiş etdirir…

Xoş olmayan, qəbul edilməyən, qınanılmalı bir yanaşmadır, mövqedir…

Eyni zamanda, Şəhidin oxuduğu 163 saylı məktəbə ONUN adının verilməsi məsələsi hələ də öz müsbət həllini tapmır…

Yenə də “səbəb” kimi Nazirlər Kabinetinin 1994-cü il tarixli bədnam qərarı ortaya sürülür…

Şəhid adlarının və xatirəsinin əbədiləşdirilməsi yönündə böyük maneə, əngəl olan həmin qərarın isə artıq aradan qaldırılması zamanıdır, əslində isə zamanı çoxdan ötüb keçib…

Bəli, Şəhidimizin oxuduğu 163 saylı məktəbə adının verilməsi onun HAQQIdır…

Cəmil Məmmədli həmin məktəbin ilk və yeganə Şəhididir və bu baxımdan, həmin məktəbə ONUN adının verilməsi mütləqdir, şərtdir, vacibdir və bir an öz müsbət həllini tapmalıdır!

Bununla həm Şəhidimizin ruhu sevindirilmiş, rahatlıq tapmış olar, həm tək oğul övladını Vətən yolunda Şəhid vermiş acılı, dərdli, həm də Qürurlu və Məğrur Şəhid ailəsinin üzü, qəlbi sevindirilmiş, onlara mənəvi təskinlik, təsəlli verilmiş olar…

Şəhidin ailəsi də həmin günü səbirsizliklə gözləyir və başqa arzularıı, istəkləri də yoxdur.

İnanmaq istərdim ki, bu məsələ yaxın zamanlarda öz müsbət həllini tapacaq və Şəhid ailəsinin nigarançılığına, gözləntisinə son qoyulacaq.

Ruhun şad olsun, Nur üzlü Cəmil bala!

Məkanın cənnətlik, Uca məqamın ucalardan uca olsun!

Nur içində yat!

Allah əzizlərinə, ailə üzvlərinə, anana, atana və tək bacına səbr, dözüm versin!

Milyon kərə Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

09.09.2021, Bayıl

Etikxeber.az

Read Previous

“Koronavirusdan dünyasını dəyişən Nizaməddin Quliyevlə təmasda olan hər kəs karantinə alınıb”-ƏDLİYYƏ NAZİRLİYİ

Read Next

“YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyim irəli sürülməyəcək”-NAQİF HƏMZƏYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir