Şəhidimizin ilinə bir ay qaldı-4 MEDALLI CƏMİL HƏŞİMLİNİN ŞƏHİDLİYİNDƏN 11 AY KEÇİR…-FOTOLAR

Bu gün, 5 avqust tarixində Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Həşimlinin Şəhidliyindən 11 ay ötür.

Etikxeber.az xəbər verir ki, ailənin 3 övladından, 3 qardaşdan biri olan Cəmil Həşimli 2020-ci ilin oktyabrın 5-ində Füzuli-Əbdürrəhmanlı istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.

Nəşi Kürdəmirə gətirilərək, oktyabrın 6-sında Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Cəmil Həşimli gidliyinə, Qəhrəmanlığına görə, ölümündən sonra medalla təltif olunub.

Qeyd edək ki, Şəhidimizin qardaşı-ali təhsilli Mərahim Həşimli də İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qazilərimizdəndir.

Həmçinin, Şəhidimizin kiçik qardaşı-ali təhsilli və idmançı Cavid Həşimli  bir müddət öncə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini başa vuraraq, evinə, ailəsinə dönüb.

Cəmil Həşimli həm də subay olub.

Allah Şəhidimizin məkanını cənnətlik etsin, ailəsinə, anasına və qardaşlarına səbrlər versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində-İLK XALINI QAZANDI…

Read Next

“Bu, bizim onunla axırıncı görüşümüz oldu. Onun üzünü axırıncı dəfə ötən ilin sentyabrın 5-də gördük…”-ŞƏHİD NAHİD MİKAYILOVUN HƏYAT YOLDAŞI – ŞƏHİDİMİZİN MƏZARI ZİYARƏT EDİLDİ, EV-MÜZEYİNİN AÇILIŞI OLDU… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir