Şəhidin ailəsi mənzillə təmin olunsa da, imkansızlıq üzündən otaqlar bomboşdur…-ŞƏHİDİN ADİL RZAYEVİN AİLƏSİNƏ DƏSTƏK OLAQ! – FOTOLAR

Dünən, 8 mart tarixində daha bir Şəhid ailəsində oldum…

Daha bir Nur üzlü Şəhidimizin, daha bir Zəfər və Qələbə Şəhidinin ailəsinə baş çəkdim, onları ziyarət etdim…

Sumqayıtlı Şəhidimiz Adil Akif oğlu Rzayevin ailəsini-anası və qardaşıgili…

Elə bu yerdə qeyd edim ki, cəmi bir neçə ay öncə bu ailədə olmuşdum…

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev (keçmiş “Nasosnı”) qəsəbəsində yaşadıqları evdə…Əslinə ona ev də demək olmazdı, ev adına utanc idi…

Orada yaşamaq çox çətiniydi, başdan-ayağa şəraitsizlik…

Həm həyat yoldaşını itirmiş, həm övladlarını zor şərtlər altında böyütmüş, həm övladını-Adilini Vətən yolunda Şəhid vermiş, həm də səhhətində ciddi problemlər olan, əməliyyatdan yenicə çıxmış Şəhid anasının (həm də Şəhid ailəsinin) belə bir şəraitsiz evdə yaşaması məni çox təsirləndirmiş, çox duyğulandırmış, eyni zamanda, çox qəzəbləndirmişdi…

Çünki Şəhidimizin ailəsi bu cür yaşayışı, bu cür şəraiti, bu cür münasibəti Haqq etmirdi…

Onlara belə bir münasibətə layiq deyildi… Heç deyildi…

Həmin vaxt tənqidi yazı yazmış, sosial şəbəkə hesabımda və vatsapımda sərt statuslar, paylaşımlar etmiş, yuxarı instansiyalara səslənmişdim…

Və üstündən bir müddət keçəndən sonra çox sevincli bir xəbər al(mış)dım-Şəhidimizin ailəsi “stansiya Sumqayıt” adlı ərazidə yerləşən şəhərcikdəki çoxmərtəbəli yaşayış binalarından birində 3 otaqlı mənzillə təmin olunub…

Çox sevinmişdim, çox sevindim aldığım bu xəbərdən…

Və dünən axşam saatlarına yaxın məni bu ailə, Şəhidimizin ailəsi ilə tanış edən gözəl insan Arzu xanımla yeni mənzillərində Adil Rzayevin anasını, onunla yaşayan digər oğlunun ailəsini ziyatər etdik…

Onlara həm bir daha səbr dilədik, həm bayramlarını təbrik etdik, həm də gözaydınlığı verdik, “bundan sonra evinizə, qapınıza xeyir işlərə, gözəl günlərə gələk”-dedik…

Bir daha sevindim, bir daha sevindik…

Amma Şəhidimizin ailəsi imkansız, maddi durumları yetərsiz olduğu üçün demək olar ki, yaşadıqları mənzil, otaqlar bomboşdur…

Hətta yerdə oturur, yerdə süfrə salır, yerdə çörək yeyir, nahar edir, quru yerdə yatırlar…

Ən əsası və üzüntülüsü isə Şəhidimizin əşyaları ortalıqda qalmış vəziyyətdədir…

Odur ki, hər kəsdən (dünən sosial şəbəkə hesabımdan da səslənmişdim) xahiş və rica edirəm, edirik ki, Şəhidimizin ailəsinə dəstək olsunlar, onlara imkanları yetən dərəcədə kömək etsinlər…

Onların üzlərini güldürsünlər, ən əsası Şəhidimizin ruhunu şad etsinlər.

İnanmaq istəyirəm ki, belə də olacaq, Şəhidimizin ailəsi bir daha sevindiriləcək, bir daha Şəhidimizin ruhu şad ediləcək!

Kamil HƏMZƏOĞLU (HƏMZƏOĞLU)

Etikxeber.az

Read Previous

“Zəmanət verirəm ki, Ukrayna ordusu Belarusa qarşı heç bir təcavüzkar hərəkət planlaşdırmayıb, planlaşdırmır və planlaşdırmayacaq”-UKRAYNANIN MÜDAFİƏ NAZİRİ BELARUSLULARA MÜRACİƏT ETDİ

Read Next

İki lider-Əliyevlə Ərdoğan daha bir Tarix yazdı, daha bir Qardaşlıq və Dostluq nümunəsi ortaya qoydu…-JALƏ ƏLİYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir