Şəhidinin qanı qurumamış Şəhid ailəsinə, Şəhid anasına…toy dəvətnaməsi göndərmək nə demək??? Etməyin, eləməyin!!! Ayıbdır, ayıb!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Dünən sosial şəbəkə hesabımda-Fb səhifəmdə Şəhid anasına toy dəvətnaməsi göndərilməsi ilə bağlı status yazmış və etirazımı bildirmişdim…

Bunu mənəviyyatsızlıq, ayıb, Şəhid anasının hissləri, Şəhidin ruhu ilə oynamaq kimi qiymətləndirmişdim…

Bu statusumu həm də vatsapımda paylaşmışdım…

Elə bir az öncə başqa bir Şəhid ailəsi, iki körpəsi ilə gənc, cavan yaşlarında gözüyaşlı, dul qalmış bir Şəhid xanımı da bu haqda mənə-vatsapıma yazdı…

Və qeyd etdi ki, özü də onlara bir deyil, bir neçə dəvətnamə gəlib, göndərilib…

Övladlarım yaşında olan Şəhid xanımına nə deyəcəyimi bilmədim vallah…

Xəcalət çəkdim, utanıb yerə girdim…

Bu yerdə onu da mütləq şəkildə qeyd edim ki, martdan sonra, aprel-iyun aylarında Azərbaycanda toylara icazə verilməsi ilə bağlı hələ bir neçə ay öncə status paylaşmış, eyni zamanda, müxtəlif müzakirələrdə toyların bəprasının vacibliyini dilə gətirmiş və arqumentlərimlə əsaslandırmışdım…Bu gün də əvvəlki mövqeyimdə qalıram…

Amma və lakin…

Övladının qanı hələ də qurumamış, ili-illəri çıxmamış… Şəhid ailələri, Şəhid anaları, Şəhid ataları, Şəhid xanımlarına…toy dəvətnaməsi göndərilməsini-göndəriləcəyini xəyalıma belə gətirməmiş, ağlımın ucundan belə keçirməmişdim…

Bunu edəcək kafada kiminsə olacağını zənn etməmişdim…

Çünki bizim insanları…hər zaman belə məsələlərdə duyarlı, həssas…bilmişdim…

Amma sənə demə…Ar damarı çatlamış, arı yeyib,…dalına şəlləmiş məxluqlar, yaratıqlar heç bir sədd, hədd tanımadan Şəhid ailəsinə, ailələrinə toy dəvətnaməsi göndərmək “cəsarəti”ndə bulunmuşlar…

Vallah-billah, söz də tapmaq olmur belələrinə deməyə…Nə yazasan, nə deyəsən ki, az da olsa, ürəyin, hirsin soyuya, az da olsa, rahatlaşasan…

Gerçəkdən rəzillik və ayıb! Allah Sizləri islah etməsin!

Sizlərin əvəzindən Şəhid ailələrindən üzr istəyirəm, həmçinin, Şəhid ailələrini, Şəhid ruhlarını incitmədən sakit, sadə tərzdə toy edənləri təbrik edirəm, ailə quran cütlüklərə qansız-qadasız, itkisiz-acısız, huzurlu, göz yaşlarsız həyat arzulayıram!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru

Etikxeber.az

Read Previous

“Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var, çoxlarına xəyal kimi görünən Zəngəzur dəhlizi də var, Zəngəzur dəhlizi də olacaq və Azərbaycanı daha bir Qələbəsinə imza atdıracaq”-MM-İN KOMİTƏ SƏDRİ JALƏ ƏLİYEVA PREZİDENTİN FƏRMANINI BELƏ QİYMƏTLƏNDİRDİ

Read Next

Daha 104 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir