“Şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan tarixi zəfər qazanıb…”-QƏNİRƏ PAŞAYEVA ŞƏHİD XANIMINI QƏBUL ETDİ VƏ…-FOTO

Milli Məclisin (MM_ Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Baş leytenant İlqar Vəliyevin həyat yoldaşı Təhminə xanım Vəliyeva ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri şəhid ədəbi-bədii əsərlərə, kitablara düşəcək döyüş yolu ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

Komitə sədri deyib:

“Əziz bacım,Sizin həyat yoldaşınızın və onun silahdaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.İlqar Vəliyev Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu medallar, ona, müvafiq olaraq – ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə verilib.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailəsi üzvlərisiz. Sizi təbrik edirəm, əziz bacım! Vətənpərvər zabitimizin ömrü övladlarında yaşasın”!

Şəhid zabitin ailəsinə Komitə adından Məktub və xatirə hədiyyələri təqdim edilib.

Etikxeber.az

Read Previous

“Erməni tərəfi başa düşməlidir ki, təxribaçı davranışlar ona heç bir fayda gətirməyəcək, əksinə, daha böyük fəlakətlərə səbəb olacaq”-DEPUTAT

Read Next

Oktyabrda ağır yaralanan və oktyabrda ikinci övladı dünyaya gələn İgidimiz, Qazimiz-KAMRAN QƏHRƏMANOV! – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir