Şəhidliyindən, Əbədiyyətə uğurlanmasından iki il keçən-HƏM SƏBAİLLİ, HƏM DƏ ŞABRANLI ŞƏHİD VÜSAL HƏSƏNOV VƏ YA ŞƏHİD OCAĞINI NÖVBƏTİ DƏFƏ ZİYARƏT – FOTOLAR – YENİLƏNİB

Bu gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin, həm də Şabran rayonunun Zeyvə kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Ariz oğlu Həsənovun evini, ocağını ziyarət etdim…

Şəhidin ailəsinə-anası Mərifət xanıma və tək qardaşı Nurana baş çəkdim…

Bu yerdə qeyd edim ki, cəmi 4 gün öncə, 3 dekabr 2022-ci il tarixində Vüsal Həsənovun Əbədiyyətə uğurlanmasının ikinci ili bağlı Zeyvə kəndində Anım mərasimi düzənlənmşdi…

Mərasimə Şəhidin yaxınları, Səbailli Şəhid ailələri qatılmışdılar…

Obyektiv səbəblərdən həmin mərasimə qatıla bilmədiyim üçün bir daha Şəhidimizin ailəsinə, ocağına baş çəkməyi özümə mənəvi borc saydım və bu gün Vüsal Həsənovun anası və tək qardaşını ziyarət etdim…

Bir daha Şəhidimizin ailəsinə, anasına Allahdan səbr və dözüm arzuladım, bir daha “Məkanı cənnətlik, məqamı Ucalardan Uca olsun!”-dedim…

Ruhu qarşısında və onlar-ailəsi qarşısında baş əydiyimi bildirdim…

Şəhidimizə, cəmi Şəhidlərimizə borclu olduğumu dilə gətirdim…

Şəhidimizin anası ilə xeyli söhbətləşdim, dərdləşdim, bir daha Vüsalın keçdiyi qısa və şərəfli, cəmi 23 illik ömür yoluna onunla birlikdə nəzər saldım…

Duyğulandım, təsirləndim, həm də bir daha Şəhidimizlə Fəxr etdim, Qürur duydum…

Onu da qeyd edim ki, Vüsal ailənin 4 oğlan övladından biri idi…

İki qardaşını körpə yaşlarında itirib və iki qardaş qalıblar…

Eyni zamanda, illər öncə atasını itirib və anası Mərifət xanım onlara həm analıq, həm də atalıq edib…

İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunub, oktyabr ayında isə Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi uzun müddətdən sonra tapılıb və 2020-ci ilin dekabr ayının 3-də atasının yanında, Zeyvə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla təltif olunub…

O, həm də subay olub…

Məkanı bir daha cənnətlik, ruhu bir daha şad olsun!

Nur içində yatsın!

15:52

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Erməni silahlıları Ordumuzun Kəlbəcərdəki mövqeyini atəşə tutub-MN

Read Next

Gələn il yanvarın 1-dək uçota alınacaq Qazilər və Şəhid ailələri mənzillə təmin ediləcək-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir