Səhiyyə Nazirliyi dərman idxalçılarına XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçılarına və xarici istehsalçı şirkətlərin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

Bu barədə Etikxeber.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Xəbərdarlıqda bildirilir ki, Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarı ilə “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilərək dərman vasitəsinin qablaşdırmasının Azərbaycan, rus və ingilis dillərindən başqa, həm də türk dilində olmasına icazə verilib.

Türk dilində qablaşdırmaları olan dərman vasitələrini idxal edə bilmək üçün istehsalçı tərəfindən həmin qablaşdırmalar “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8 nömrəli əlavəsinə uyğun olaraq qeydiyyata alınmalı və təsdiq edilməlidir. Həmçinin istifadə təlimatının Azərbaycan dilində olması mütləqdir.

Etikxeber.az

Read Previous

“Təmir-tikinti üçün ayrılan pulların 35 faizini nazirliyə verirdik”- “Rabitə işi”ndə yeni faktlar üzə çıxır

Read Next

Amerika ilə kəllə-kəllə siyasəti təhlükəlidir… – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir