“Səlimlə İsmayıl, Teymur və Bəyazid…” – AYDIN ABBASOV

Sabiq deputat, baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov özünün “Facebook” hesabında maraqlı status paylaşıb.

Etikxeber.az A.Abbasovun Turan birliyindən, türk dünyasının birləşə bilməməsi səbəblərindən, türk xalqlarının üzləşdiyi hazırkı vəziyyətdən bəhs edən statusunu təqdim edir.

aydin-status

“Oğuz Türklərinin qolundan gələn, böyük dövlətlər yaradan, Səfəvi və Osmanlı kimi dünyaya hökm edən nəsillərinin böyük və şərəfli şah və sultanı bir-birinə qəsd edib müharibə elan etməsəydi, əksinə, dünyayı bərabər idarə etməyə qərar versəydilər, bu gün röyalarda olan Turan birliyi gerçək olardımı?

Hər gün qan, etimadsızlıq, xarici dövlətlərin ikili standart oyunları, qeyri-səmimi münasibətləri və çirkin oyunları bizə qarşı istifadə oluna bilərdimi? 

Səlimlə İsmayıl, Teymur və Bəyazid, Allah rəhmət eləsin sizə, nəyi bölə bilmədiniz? Bu dünya onsuz da sizin adlarınız gələn məkanlarda titrəyirdi, kim girdi sizin aranıza? Ah saf Türküm, təbii ki, hər bir mərdin yanında mütləq bir namərd olur… Allah bizim dövləti və bütün türk dilli dövlətlərimizi qorusun, bu halda dünya millətləri hüzur və əmin-amanlıq tapar”– deyə, o, yazıb.

aydin abbasov-11

Etikxeber.az

 

Read Previous

DİN Goranboy Polis Şöbəsindəki ölüm hadisəsinə münasibət bildirdi

Read Next

DİM- 19 mindən artıq istifadəçi ödənişsiz elektron sınaq imtahanında iştirak edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir