Səməd Seyidov Avroparlamentin qətnaməsindən danışdı

Avropa Parlamentində Azərbaycanla bağlı atılan addımlar sözün əsl mənasında vacib və gözlənilən nəticə idi.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) plenar  iclasında komitə sədri Səməd Seyidov parlamentin iclasında çıxışı zamanı Avropa Parlamentinin plenar sessiyasında Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin qorunması ilə bağlı qəbul olunan qətnaməni şərh edərkən deyib.

O, bildirib ki, millətimizin ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi bu gün Avropanın ən böyük, nüfuzlu, təsir etmə imkanına malik olan, Avropa üçün istiqaməti müəyyən edən Avropa Parlamentinin sənədində birmənalı şəkildə öz əksini tapıb.

Komitə sədrinin sözlərinə görə, Avropa Parlamentində münaqişə ilə bağlı bir neçə nəticə var ki, bu nəticələr mütləq şəkildə səslənməlidir: “Cəmi iki il bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı ağlasığmaz dərəcədə mənfi qətnamə qəbul etmişdi. Lakin Azərbaycan iqtidarının, parlamentinin mütəşəkkil, ardıcıl, məntiqli işləri nəticəsində belə gözəl nəticə əldə edildi”.

S.Seyidov vurğulayıb ki, birgə görülən iş mütləq şəkildə öz nəticəsini verməli idi.

Qeyd edək ki, Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında təqdim olunan məruzədə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin qorunması öz əksini tapmaqla yanaşı, “Şərq tərəfdaşlığı” ölkələrində münaqişələrin sülh və ərazi bütövlüyü prinsipi əsasənda həll olunmasının vacibliyi qeyd edilib. Bundan əlavə, sənəddə “Şərq tərəfdaşlığı” ölkələrində mövcud münaqişələrdən əziyyət çəkənlərə, qaçqın və məcburi köçkünlərə yardım edilməsi öz əksini tapıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Deyirlər ki, “Tahir Kərimli damarının dozası yüksək oldu”…” – MİLLƏT VƏKİLİ – YENİLƏNİB

Read Next

“Anar Məmmədovla bağlı cinayət işinin açılması təəccübləndirmədi…” – DEPUTAT AÇIQLAMA YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir