Səmərqənddə bir araya gələn Azərbaycan və Türkiyə liderləri-NƏDƏN DANIŞDILAR? – FOTO

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Etikxeber.az xəbər verir ki, görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Prezident İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verdi.

Dövlətimizin başçısı başsağlığına görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edildi.

Ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə etdilər və gələcək təmaslarla bağlı fikir mübadiləsi apardılar.

Etikxeber.az

Read Previous

Qızılhacılının daha bir Şəhidi-20 YAŞLI SƏFİYAR MƏMMƏDOV ƏBƏDİYYƏTƏ UĞURLANDI… – FOTOLAR – YENİLƏNİB

Read Next

Anası tərəfindən təkbaşına böyüdülən, tək övlad, İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış Şəhid olan Rəşad Ələkbərov: BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir