Sərhəddi pozmağa cəhd göstərən üç banqladeşli və onlara vasitəçilik edən şəxs saxlanıldı – DSX

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən Etikxeber.az-a bildiriblər ki, oktyabrın 31-də saat 19:15 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən üç nəfər Banqladeş Xalq Respublikası vətəndaşı – 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sərhəd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar rayonunun Əskərabad kənd sakini 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəhrəman oğlu Xidmətin əməkdaşları tərəfindən saxlanılıblar.

R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edib. O, hadisədən bir neçə gün əvvəl Banqladeş Xalq Respublikası vətəndaşlarını yaxın qohumunun işlədiyi Biləsuvar rayonundakı otellərin birində yerləşdirərək müəyyən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran ərazisinə keçirməyə cəhd göstərdiyini bildirib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

Kafe yandı, üç nəfər tüstüdən boğularaq öldü – BAKIDA

Read Next

Neymar “Real”a transfer olunması üçün şərt qoydu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir