Sərhədləri Ərdoğana əmanət edək,Suriya və İraqda istədiyini etsin – Jirinovski

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı bundan sonra  kimsə devirməyə cəsarət edə bilməyəcək”.

Etikxeber.az Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski Rusiyanın dövlət kanalı “Rossiya1” kanalında yayımlanan “Bazar axşamı” (“Voskresenniy Veçer”) verilişində çıxışı zamanı deyib.

“Bizim Türkiyə ilə bağlı beynəlxalq siyasi proseslərə müdaxilə etməyimiz lazımdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyimiz lazımdır. Rəcəb Tayyib Ərdoğanı bizim adamımızdır, onu devirməyə kimsə cəhd edə bilməz”- deyə, V. Jirinovski sözlərinə əlav edib.

Daha sonra “Cənubi sərhədləri Ərdoğana əmanət edək. Suriya və İraqda istədiyini etsin. Sonra İran da bizimlə olacaq”– deyən V.Jirinovski bəzi ekspertlərin Türkiyə əleyhinə söylədikləri iddialara  qarşı da  çıxıb.

jir-1

Etikxeber.az

 

 

Read Previous

Rusiyapərsət namizəd öndədir: Noyabrın 13-də ikinci tur keçiriləcək

Read Next

Məni prezident təyin edin – TRAMP

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir