“Səttar müəllim, bizim nə ixtiyarımız var ki…” – SPİKER – YENİLƏNİB (4)

“Banklar haqında” qanuna dəyişiklik ciddi etirazlara səbəb oldu…

Milli Məclisin (MM) plenar iclasında İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllə, eləcə də “Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir  ki, “Banklar haqqında” qanun layihəsi barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi bankların ödəmə qabiliyyətinin bərpası, sağlamlaşdırılması, könüllü restrukturizasiyası, bankların rezolyusiyası lə bağlı yeni alətlərin tətbiqi və ləğvini nəzərdə tutulur. Bundan başqa, qanun layihəsində alıcı bankın aldığı aktiv və öhdəliklərlə bağlı vergi və ödənişlərdən azad olunmasını nəzərdə tutur.

Onu da qeyd edək ki, dəyişikliklər qəbul olunsa, Azərbaycanda bankın öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq.

Layihəyə əsasən, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək. Bundan başqa, qanun layihəsində “körpü bank”ların yaradılması da nəzərdə tutulur. Başqa sözlə, layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəlikləri bu “körpü bank”a keçirilir. Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır. Sənəddə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərinin həlli yolları göstərilib. Belə ki, layihədə banka aidiyyatı olan şəxslərin, yəni səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərinin icbari qaydada bankın səhmlərinə keçirilməsi, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlərin cəlbi, bankın aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həlli nəzərdə tutulur. Qanuna təklif olunan digər dəyişikliklərə əsasən, bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə onlar əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olacaqlar. Azərbaycanda müflis olan bankların səhmdarlarının, inzibatçılarının mülkləri müsadirə edilərək satılacaq.

Müzakirələr zamanı isə YAP-çı millət vəkili Siyavuş Novruzov bankların hazırki duruma düşməsinin iqtisadi vəziyyətlə əlaqələndirilməsinə etiraz edib.

O, çıxışında qeyd edib ki, bankların bu duruma düşməsində iqtisadiyyatın rolu olmayıb:

“ Səbəb odur ki, bank rəhbərləri maliyyə oğurluğu ilə məşğul olub. Bunu keçirilən məhkəmələrdən də görmək mümkündür. Banklar kökündən sağlamlaşmalıdır. Amma sağlamlaşdıranda yaxşı sağlamlaşdırmaq lazımdır. Yoxsa “körpü bank” yaradılır, nə bilim nə olur, əgər şəffaflıq olmayacaqsa, bunun faydası olmayacaq. Milyardları götürüb getdilər”. 

Spiker Oqtay Əsədov cavabında qeyd edib ki, elə məqsəd də bankların kökündən sağlamlaşdırmaqdır:

“Artıq bu körpü ilə olacaq, ya körpüsüz olacaq, bunu deyə bilmərik”.

Millət vəkili Qüdrət Həsənquliyev çıxışnda daha çox  parlamentdə bankların müştərilərininin sirrlərinin açılmasına etiraz edib.

 O, eyni zamanda, bu sirrləri açacaq səlahiyyətlərin Palataya verilməsini kəskin pisləyib:

“Mənim bankda nə qədər pulum varsa , niyə bunu Palata bilməli və kimlərəsə deməlidir? Əgər şübhələr olarsa, bunu hüquq-mühafizə orqanları araşdıra bilər. Burada bank sirrləri qorunmalıdır. Belə olarsa, hamı pullarını aparıb İsveç banklarında saxlayacaq. Prezident isə çıxışında vurğulayır ki, hər kəs əmanətlərini ölkə banklarında saxlamalıdır. Ancaq Palataya verilən səlahiyyət bunun əksini deyir”.

Millət vəkili çıxışında həmçinin məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətlərinin də Palataya verilməsinə də etiraz edib:

“Bununla nə etmək istəyirik?”.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev isə Maliyyə Bazarları Nəzarət Palatasına onların səlahiyyətinə müdaxiləsinə öz etirazını bildirib. Millət vəkili çıxışında qeyd edib ki, həmkarlar təşkilatının vəsaiti vergiyə cəlb olunmur:

“Bizə hər hansı bir kənddən  şəxs ona kömək etmək üçün ərizə ilə müraciət edir. Ancaq biz ona kömək edə bilmirik. Çünki kredit kartının nömrəsi tələb olunur.  Əvvəllər poçtla vətəndaşın adına göndərirdik. O da öz problemini həll edirdi. İndi niyə kart nömrəsi tələb olunmalıdır? Həmkarlar ittifaqının vəsaiti dövlət vəsaiti deyil, heç vergiyə cəlb olunmur. Ona görə də istəyirik ki, Palata bizə bununla bağlı yazılı izahat versin”.

Spiker də həmkarının fikrinə gülərək cavab verib.

“ Səttar müəllim, bizim nə ixtiyarımız var ki, Həmkarlar İttifaqına yazılı cavab verməyək?”.

Etikxeber.az

Read Previous

Azərbaycanla İsrail arasında ikiqat vergitutma aradan qaldırılır…

Read Next

Akademik yazır: “DÖVRÜNÜN ÖVLADI VƏ VAXTIN ƏLƏYİ”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir